ABŞ dövlət katibi Marko Rubio iyulun 19-da bildirib ki, İran Hörmüz
boğazından "dünyaya qarşı təzyiq vasitəsi" kimi yararlanmağa
çalışır.
O, Tehranı bu beynəlxalq əhəmiyyətli su yoluna nəzarət cəhdində
ittiham edib, digər ölkələri qlobal gəmiçiliyin qorunması yükünü
ABŞ ilə bölüşməyə çağırıb.
Rubio ASEAN xarici işlər nazirlərinin toplantısında iştirak üçün
Filippinə yola düşməzdən öncə jurnalistlərə danışıb. Dövlət
katibinin sözlərinə
görə, ABŞ-nin hərbi əməliyyatları yalnız İranın
ticarət gəmilərinə hücumlarını önləməyə və Tehranın dəniz
nəqliyyatını təhdid imkanlarını zəiflətməyə yönəlib.
"Aydındır ki, İranın, ən azı onun bəzi rəhbərlərinin
məqsədi Hörmüz boğazına nəzarət etmək, bundan dünyaya qarşı təzyiq
vasitəsi kimi yararlanmaqdır. ABŞ qlobal gəmiçiliyi qorumaq üçün
gərəkəni yerinə yetirməkdə davam edəcək. Amma digər ölkələr də bu
yükü bölüşmək üçün istər texnika, istərsə də maliyyə baxımından
daha böyük töhfə verməlidirlər", – Rubio
bildirib.
O vurğulayıb ki, dünyanın ən işlək dəniz ticarət marşrutlarından
birinin təhlükəsizliyinə görə məsuliyyəti yalnız ABŞ daşıya
bilməz.
"Bütün planetdə gəmiçiliyi əbədi qorumaq ABŞ-nin işi
deyil", – o deyib.
Rubio bildirib ki, ABŞ-nin hazırkı hərbi kampaniyası yalnız hərbi
obyektləri hədəf alır, İran bu aktivlərdən Hörmüz boğazında ticarət
gəmilərinə qarşı raket və dron hücumları reallaşdırmaq üçün
istifadə edir. Onun sözlərinə görə, Hörmüz boğazı beynəlxalq su
yolu kimi açıq qalmalıdır.
"ABŞ-nin zərbələr endirməsinin yeganə səbəbi İranın
qlobal ticarət gəmiçiliyinə hücum üçün əl atdığı hərbi
imkanlarıdır", – Rubio söyləyib və bu zərbələrin
İranın gəmilərə hücum potensialını əhəmiyyətli dərəcədə
zəiflətdiyini əlavə edib.
Diplomatiya hələ də mümkündür
Rubio Vaşinqtonun danışıqlara açıq olduğunu, bunun üçün Tehranın
davranışında real dəyişiklik olmasının vacibliyini qeyd edib.
"Biz həmişə diplomatiyaya açığıq. Amma bu, real olmalıdır. İran
razılaşmanın şərtlərinə əməl etməyə hazır olmalıdır",
– o deyib.
Rubio İranı Hörmüz boğazını yenidən açmaq əvəzinə gəmiçiliyə
hücumları davam etdirməklə əvvəlki razılaşmaları pozmaqda
günahlandırıb.
Dövlət katibi deyir ki, İran rəhbərliyi daxilində iqtisadi
problemlərin diplomatik yolla həllini istəyənlərlə hərbi qarşıdurma
tərəfdarları arasında fikir ayrılığı getdikcə dərinləşir: "İran
iqtisadiyyatının ağır vəziyyətdə olduğunu anlayanlarla həyatı
yalnız hərbi yanaşma prizmasından görən və raket buraxmağa davam
edənlər arasında parçalanmanın artması müşahidə olunur".
Rubionun sözlərinə görə, Tehranda daha praqmatik qüvvələr üstünlük
qazanarsa, Vaşinqton danışıqların davam etdirilməsini
dəstəkləyəcək. Əks halda, qarşıdurmanın qalması İranın iqtisadi
böhranını daha da ağırlaşdıracaq.
"Bu, İran üçün yaxşı olmayacaq", – deyən
Rubio ölkə iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu,
inflyasiyanın sürətlə artdığını, ərzaq və yanacaq qıtlığı
yaşandığını, dövlət gəlirlərinin azaldığını söyləyib.
Dövlət katibi İran rəhbərliyini ölkənin resurslarını öz
vətəndaşlarına deyil, "Hizbullah", HƏMAS və regiondakı silahlı
qruplara yönəltməkdə ittiham edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.