İyulun 19-u axşam saatlarında Rusiya ordusunun Zaporojyeyə
zərbələri nəticəsində üç nəfər həlak olub.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov
məlumat verib. Onun dediyinə görə, həlak olanlardan biri 11 yaşlı
uşaqdır.
Fyodorov bildirib ki, son sutkada Zaporojye vilayətində təxminən 50
nəfər yaralanıb. O, Rusiya qüvvələrinin bir gün ərzində vilayətin
53 yaşayış məntəqəsinə ümumilikdə 1015
zərbə endirdiyini diqqətə
çatdırıb.
Odessada isə iyulun 19-da Rusiyanın Qvineya-Bisau bayrağı altında
üzən "Golden Leo" mülki yük gəmisinə zərbəsi nəticəsində ölənlərin
sayı 10-a çatıb. Məlumatı Ukrayna Dəniz Limanları Administrasiyası
yayıb.
Quru yük gəmisinin 17 ekipaj üzvü Hindistan və Suriya
vətəndaşlarıdır. Ukraynalı liman bələdçisi (lotsman) həlak olanlar
arasındadır. Səkkiz dənizçi xilas edilib, axtarış-xilasetmə
tədbirləri bütün gecə davam edib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmiyə X-59/X-69
tipli üç qanadlı raket buraxılıb.
Gəminin sahibi Türkiyə şirkətidir.
Rusiya Müdafiə Nazirliyi isə Odessa limanında yanacaq-sürtkü
materialları saxlanılan rezervuarları hədəf götürdüyünü bəyan
edib.
Rusiyanın Kiyevə zərbələri Azərbaycanın Ukraynadakı səfirliyinin
binasına ziyan vurub
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə
endirdiyi kütləvi raket zərbələri Azərbaycanın Ukraynadakı
səfirliyinin inzibati binasına ziyan vurub. Rəsmi AZƏRTAC
agentliyinin xüsusi müxbiri xəbər verir ki, binadan 200-250 metr
məsafəyə, "Lukyanovka" metrostansiyasının qarşısına düşən raketin
zərbəsindən səfirlikdə şüşələr sınıb, tavanda çatlar yaranıb.
Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Rusiyanın Ukraynaya qarşı beşinci ildir davam edən işğalçı
müharibəsi dövründə Kiyevə hava hücumları Azərbaycan
təmsilçiliyinin inzibati binasına da bir neçə dəfə ziyan vurub.
İyulun 19-na keçən gecə Ukrayna paytaxtına raket və dron
zərbələrindən bir nəfər həlak olub, 16 nəfər yaralanıb. Ukrayna isə
Qara dənizdə Rusiyaya bağlı iki neft tankerini vurduğunu
açıqlayıb.
Ukrayna Rusiyanın 41 raket və 125 dronla hücuma keçdiyini,
bunlardan 18 raket və 108 dronun zərərsizləşdirildiyini
bildirib.
Rusiya Müdafiə Nazirliyi hərbi infrastruktur obyektlərini hədəfə
aldığını deyir. Qurumun iddiasına görə, silah komponentlərinin
saxlanıldığı logistika mərkəzinə, raket hissələri istehsal edən
müəssisələrə zərbələr endirilib. Kiyev vilayətində PUA-lar üçün
komponentlərin saxlanıldığı anbarın, Odessa yaxınlığındakı yanacaq
bazaları və liman infrastrukturunun vurulduğu açıqlanıb.
Bu iddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
İki neft tankeri vurulub
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib
ki, qüvvələri Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid olduğu
bildirilən iki neft tankerini və Azov dənizində üzən kranı vurub.
Baş Qərargahın məlumatına görə, hər üç gəmi Rusiyanın hərbi
əməliyyatlarına dəstək məqsədilə istifadə olunurdu.
Rusiya və Qazaxıstanın birgə müəssisəsi olan Xəzər Boru Kəməri
Konsorsiumu (CPC) zərbəni pisləyərək bildirib ki, həmin gəmilər
qanuni kommersiya fəaliyyəti ilə məşğul idi.
Qazaxıstan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, hazırda dəymiş
zərər hərtərəfli qiymətləndirilir.
Bundan əvvəl Rusiyanın Qara dəniz sahillərindəki neft obyektlərinə
dron zərbələri Ukrayna ilə Qazaxıstan arasında diplomatik
gərginliyi artırıb, həm də bu ölkənin neft ixracında əsasən bir
boru kəmərindən asılı olduğunu üzə çıxarıb.
Ukrayna bir gün əvvəl Rusiyaya genişmiqyaslı dron hücumu ilə Moskva
və Tambov vilayətlərindəki logistika mərkəzlərini hədəf
götürüb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hədəfə alınan
obyektlər Rusiyanın dron istehsalı üçün sanksiyalı komponentlərin
və naviqasiya avadanlıqlarının təminatında istifadə olunurdu.
Rusiya rəsmiləri Ukraynanın hücumu nəticəsində Kursk vilayətində
bir nəfərin öldüyünü açıqlayıb. Tambov vilayətində logistika
mərkəzinə zərbə zamanı 10 nəfər yaralanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.