İsrailin baş naziri Binyamin Netanyahu Knessetdə "erməni
soyqırımı"nın rəsmi tanınması ilə bağlı səsvermənin keçirilməsinin
qarşısını alıb.
İsrailin "Haaretz" qəzeti israilli mənbəyə istinadla yazır ki, bu,
Azərbaycanın yüksəkvəzifəli rəsmisinin müraciətindən sonra mümkün
olub.
İsrail hökuməti ötən ay "erməni soyqırımı"nın tanınmasını
təsdiqləmişdi. Qərarın parlamentdə səsverməyə çıxarılması nəzərdə
tutulsa da, bu, indiyədək baş verməyib.
İsrailli mənbənin sözlərinə görə, Azərbaycan
prezidenti İlham
Əliyevin köməkçisi Hikmət Hacıyev İsrailin baş nazir aparatı ilə
əlaqə saxlayandan sonra belə qərar verilib.
Xarici İşlər Nazirliyi Netanyahunun səsvermənin qarşısını aldığını
təkzib etsə də, alternativ izah da verməyib.
"Bu, hökumətin qərarıdır və yekdilliklə təsdiqlənib.
Buna dəyişiklik edilməyəcək və vacib, tarixi fakt da məhz
budur", – qurum bildirib.
"Haaretz" Netanyahunun aparatı və H.Hacıyevdən əlavə şərh ala
bilməyib.
İsrail hökumətinin yekdilliklə qəbul etdiyi qərarda İsrailin
Osmanlı imperiyasının son dövründə baş verdiyi iddia olunan "erməni
soyqırımı"nı tanıması, həmçinin onun inkarı, kiçildilməsi və ya
təhrifi cəhdlərini pisləməsi nəzərdə tutulurdu.
Son illər Bakı İsrailin ən vacib regional tərəfdaşlarından biri
sayılır.
2020-ci ildəki 44 günlük Ermənistan-Azərbaycan müharibəsi zamanı
İsrail Azərbaycanı silahla təmin edib.
Azərbaycan Xarici İşlər Nazirliyi ötən ay "erməni soyqırımı"nın
tanınmasını pisləyib, bunu "1915-ci il hadisələri ilə bağlı tarixi
faktların təhrif edilməsi" adlandırıb.
Bakı qeyd edib ki, bu addım barışığa deyil, fikir ayrılıqlarının
daha da dərinləşməsinə xidmət edəcək. Nazirlik İsrail hökumətini
həmin qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin
başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə
yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər.
İndiyədək 30-a yaxın ölkənin parlamenti bu hadisələri rəsmən
tanıyıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də
var.
Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi
hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini
rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini
bildirir.
29 iyun
Paşinyan İsrailin 'soyqırımı' qərarına reaksiya verməyi lazım
bilmədi
Ermənistan baş naziri Nikol Paşinyan İsrail hökumətinin 1915-ci il
hadisələrini "erməni soyqırımı" kimi tanımasına münasibət
bildirməyi məqsədəuyğun saymır.
"İsrailin bu qərarına reaksiya verməyə ehtiyac
duymuruq. Çünki bu məsələnin siyasi silaha çevrilməsi Ermənistanın
maraqlarına uyğun deyil. Qısası, hər hansı reaksiyaya ehtiyac
yoxdur", – Paşinyan jurnalistlərə bildirib.
İsrail 'erməni soyqırımı'nı rəsmən tanıyıb
İsrail hökuməti xarici işlər naziri Gideon Saarın 1915-ci ildə
Osmanlı İmperiyasında ermənilərin qətlə yetirilməsinin "erməni
soyqırımı" kimi rəsmi tanınması təklifini qəbul edib.
Nazir Saar bildirib: "Fikrimcə, bu, bir yəhudi olaraq və təbii ki,
yəhudi xalqının dövləti kimi bizim mənəvi borcumuzdur. Doğru olanı
etmək heç vaxt gec deyil". O, hələ iyunun 25-də bu məsələni
Nazirlər Kabinetinin müzakirəsinə çıxaracağını açıqlamışdı. Qərar
layihəsində İsrailin bu iddiaları tanıdığı və tarixi həqiqətin
inkarı və ya təhrif edilməsi cəhdlərini pislədiyi vurğulanır.
Erməni tarixçilər 1915-ci il aprelin 24-də kütləvi həbslərin
başlandığını və sonrakı dövrdə 1.5 milyon erməninin qətlə
yetirildiyini və ya sürgün zamanı həlak olduğunu iddia edirlər. Bu
hadisələr indiyədək 30-a yaxın ölkənin parlamenti tərəfindən rəsmi
tanınıb. Bunların arasında Rusiya, Fransa, Almaniya və ABŞ də
var.
Türkiyə tərəfi 1915-ci ildə erməni əhalisi arasında faciəvi
hadisələrin yaşandığını inkar etmir, ancaq "soyqırımı" ifadəsini
rədd edir və ölənlərin sayının olduğundan çox göstərildiyini
bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.