Məmişli kəndində yeni ictimai məkanın tikintisi planlaşdırılır
Dmanisi bələdiyyəsinin Məmişli kəndində yeni ictimai məkanın tikilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi üçün meriya tərəfindən artıq 95 938 lari ehtimal olunan dəyərdə elektron tender elan edilib.

Layihə 2026-cı ilin "Kəndə Dəstək Proqramı" çərçivəsində həyata keçirilir və onun maliyyələşdirilməsinin 66.65%-i yerli özünüidarə büdcəsi, 33.35%-i isə dövlət büdcəsi tərəfindən qarşılanır.

Layihə sənədlərinə əsasən, kənddə mövcud olan köhnə birmərtəbəli
binanın bərpası, daşıyıcı konstruksiyaların zədələnməsi səbəbindən məqsədəuyğun hesab edilməyib. Buna görə də Dmanisi meriyası köhnə tikilinin söküntüsünü özü təmin edəcək, onun yerində isə 24.0 x 18.0 metr ölçülərində yeni birmərtəbəli ictimai məkanın tikintisinin birinci mərhələsinə başlanılacaq.


Tenderdə qalib gələn şirkət torpaq işlərini, dəmir-beton bünövrə və sütunların qurulmasını, qapı-pəncərələrin montajını və dam örtüyünün quraşdırılmasını təmin etməlidir.

Tender şərtlərinə görə, təkliflərin qəbulu cari ilin 14 iyul tarixində başlayıb və 17 iyulunda başa çatıb. Qalib şirkət müqavilə imzalandığından etibarən 60 gün ərzində işləri yerinə yetirməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google