Yəməndə İranın dəstəklədiyi husi qruplaşması iyulun 20-də Səudiyyə
Ərəbistanına dəniz embarqosu elan edib.
Qruplaşma bu məhdudiyyəti necə reallaşdıracağını açıqlamayıb. Bu
arada Tehran ABŞ ilə yenidən tammiqyaslı müharibəyə qayıtdığını
bəyan edib. Tərəflər strateji əhəmiyyətli Hörmüz boğazına nəzarət
uğrunda döyüşləri davam etdirirlər.
Bəyanatdan öncə Səudiyyə Ərəbistanı və husilər son bir neçə ildə
ilk dəfə qarşılıqlı zərbələr endiriblər.
Bu isə 2022-ci ildə əldə
olunmuş kövrək atəşkəsin pozulması ilə bağlı narahatlıqları
gücləndirib.
Husilər bildiriblər ki, embarqo "gözə göz" prinsipinə əsaslanır və
dərhal qüvvəyə minir.
Qərar icra olunarsa, Səudiyyə Ərəbistanının Qırmızı dəniz limanları
vasitəsilə neft ixracını poza bilər. Bu marşrut krallığın Hörmüz
boğazına alternativ əsas ixrac yollarından biridir. ABŞ-İran
müharibəsinin şiddətlənməsi Hörmüz boğazında gəmiçiliyə təhdid
yaradıb. Belə bir qadağa isə dünyanın ən böyük xam neft
ixracatçısına arxalanan qlobal enerji bazarlarını daha da
gərginləşdirə bilər.
BMT-nin sözçüsü Stefan Düjarrik xəbərdarlıq edib ki, bu təhdid
regionda münaqişənin genişlənməsi riskini artırır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.