"Azərbaycan Dəmir Yolları" Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu
üzrə sərnişin məmnuniyyətinin artırılması,
yüksək tələbatın qarşılanması və səfərlərin əvvəlcədən
planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet
satış müddətini uzadır.
Yeni mexanizmə əsasən, satış müddəti mərhələli şəkildə artırılır.
Hazırda sərnişinlər üçün bilet satışı 30 gün deyil, 44 gün öncədən
açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə
genişləndirilərək 90 günə çatdırılacaq.
Bu yenilik sərnişinlərə
xüsusilə turizm, işgüzar səfərlər və ailə
ziyarətləri ilə bağlı planlarını daha rahat həyata keçirməyə imkan
verəcək. Eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin
tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə
vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul
edilməsinə şərait yaradacaq.
Parallel olaraq, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin
təşkili ilə bağlı işləri davam etdirir. Əlavə reysin istifadəyə
verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə
əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.