Dünya bazarında neftin bahalaşması səbəbindən Gürcüstanda yanacağın
qiymətində artım davam edir.
Son bir həftə ərzində benzin və dizelin qiyməti 5-15 tetri arasında
bahalaşıb.
Qeyd edək ki, iyunun əvvəlindən iyulun əvvəlinə qədər ölkədəki
yanacaqdoldurma məntəqələrində qiymətlər ucuzlaşmaqda idi. Bu,
həmin dövrdə ABŞ-İran münasibətlərinin normallaşması və beynəlxalq
bazarda neftin qiymətinin stabilləşməsi ilə bağlı idi. Lakin son
həftələrdə Yaxın Şərqdə
gərginliyin artması fonunda beynəlxalq
birjalarda neft yenidən bahalaşmağa başlayıb.
Ölkədəki brend yanacaqdoldurma məntəqələri qiymətləri iyulun
əvvəlindən artım istiqamətində korreksiya etməyə başlayıblar və
iyulun sonuna olan məlumata görə, müxtəlif növ yanacaqların qiyməti
təxminən 20 tetriyədək qalxıb.
İmportçu və satıcı şirkətlərin veb-saytlarındakı qiymət arxivləri
hansı şəbəkədə, nə qədər və nə vaxt dəyişiklik edildiyini izləməyə
imkan verir.
⛽ Yanacaqdoldurma şəbəkələrində mövcud qiymətlər:
Gulf
Şəbəkədə son qiymət dəyişikliyi avqustun 3-də baş verib və dizel
7-10 tetri bahalaşıb.
G-Force Super: ₾4.27 (+7 tetri)
G-Force Premium: ₾3.77
G-Force Euro Regular: ₾3.59
Euro Regular: ₾3.59
G-Force Euro Diesel: ₾4.27 (+10 tetri)
Euro Diesel: ₾4.17 (+10 tetri)
Wissol
Şəbəkədə qiymətlər avqustun 5-də dəyişib və dizelin qiyməti 10
tetri artıb.
Eko Super: ₾4.23
Eko Premium: ₾3.82
Eko Diesel: ₾4.24 (+10 tetri)
Euro Diesel: ₾4.19 (+10 tetri)
Euro Regular: ₾3.68
Diesel Energy: ₾4.14 (+10 tetri)
Connect
Şəbəkədə benzinin qiyməti avqustun 3-də 5-10 tetri bahalaşıb.
Super: ₾3.85 (+5 tetri)
Premium: ₾3.70 (+5 tetri)
Regular: ₾3.55 (+5 tetri)
Euro Diesel: ₾4.05 (+10 tetri)
Diesel: ₾3.85 (+10 tetri)
Socar
Şəbəkədə qiymətlər iyulun 24-də dəyişib və benzin 8 tetri
bahalaşıb. Şirkət hələlik yeni korreksiya etməyib.
Nano Super: ₾4.12 (+8 tetri)
Nano Premium: ₾3.73 (+8 tetri)
Nano Euro Regular: ₾3.59 (+8 tetri)
Euro 5 Diesel: ₾3.95
Nano Euro 5 Diesel: ₾4.05
ℹ️ Arxiv məlumatı olmayan digər brendlər:
"Lukoil" və "Rompetrol" şirkətlərinin saytlarında qiymət
dəyişikliyi arxivini izləmək mümkün olmasa da, mövcud məlumatlara
görə, bu məntəqələrdə də iyun ayı ərzində ucuzlaşma müşahidə
olunmuşdu.
Rompetrol
Efix Super: ₾4.27 (+8 tetri)
Efix Euro Premium: ₾3.78
Euro Regular: ₾3.63
Efix Euro Diesel: ₾4.24 (+15 tetri)
Euro Diesel: ₾4.14 (+15 tetri)
Lukoil
Super Ecto: ₾4.24 (+6 tetri)
Premium Avangard: ₾3.81 (+6 tetri)
Euro Regular: ₾3.66 (+6 tetri)
Euro Diesel: ₾4.22 (+18 tetri)
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415