2014-cü ildə Duşeti bələdiyyəsində itkin düşmüş azyaşlı Quram Dadianidzenin işinin istintaqı çərçivəsində son bir ay ərzində 20-dən çox şəxs dindirilib
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2014-cü ildə Duşeti bələdiyyəsində itkin düşmüş azyaşlı Quram Dadianidzenin işinin istintaqı çərçivəsində son bir ay ərzində 20-dən çox şəxs dindirilib.

Mtsxeha-Mtianeti Polis Departamenti avqustun 7-də sosial şəbəkədə yayılan videomaterialın müəllifini də dindirib. Quram Dadianidzenin anası əmindir ki, 12 il əvvəl YouTube-a yüklənmiş videoda oğlunun səsi və "Yalvarıram, məni tərk etmə"
sözləri eşidilir. DİN dindirilən şəxsin kimliyini açıqlamasa da, bu şəxsin videonu şəxsən çəkdiyini və sonra sosial şəbəkəyə yüklədiyini bildirir.

"Müəyyən edilib ki, videomaterial 11 iyun 2014-cü il tarixində, günorta saat 15:00 radələrində çəkilib. Dadianidzeni müşayiət edən şəxslərin izahatına görə isə o, 11 iyun 2014-cü il tarixində səhər saat 04:00-da itkin düşüb", — DİN-in bəyanatında qeyd olunur.

Yenilənmə: DİN-dən "Azadlıq Radiosu"na təsdiqləyiblər ki, şahidlərin ifadələrinə əsasən Quram Dadianidzenin izinin itdiyi ərazi bu gündən etibarən yenidən yoxlanılacaq. Axtarış tədbirlərinə qurumun 50-yə yaxın əməkdaşı cəlb olunub. Onlar ərazidə "müvafiq texniki təchizat və xüsusi vasitələrlə" işləyəcəklər.

Dadianidzenin itkin düşməsi — DİN-in versiyası

İşin materiallarına əsasən, 10 iyun 2014-cü ildə Mleta kəndində, Lomisoba bayramında ziyarətgaha Tbilisinin Temqa yaşayış massivindən mikroavtobusla 16 qonşu gedib. Mikroavtobus Mleta kəndində dayanıb və onlar məbədə doğru yolu piyada davam etdiriblər.

Onlar "ziyarətgahda az bir müddət qalıblar və təxminən gecə saat 2-də piyada geri qayıtmağa başlayıblar. Piyada düşərkən Quram Dadiani tək olmayıb, qohumu ilə birgə gəlirdi. Həmçinin müəyyən edilib ki, yolda Quram Dadianidze istirahət etmək məqsədilə daşın üzərində əyləşib və buna həm qohumu, həm də iki qonşusu (ata və oğul) şahidlik edib", — DİN bildirir.

Qurumun məlumatına görə, Dadianidzenin dayandığı yerdən avtomobilə qədər 300–500 metr məsafə qalıbmış:

"İstirahət zamanı Quram Dadianidze özü xahiş edib ki, digərləri yolu davam etdirsinlər və o, onlara çatacaq. Sözügedən yerdə artıq yolun çətinliyi qalmadığı, demək olar ki, avtomobilin yanına çatdıqları və onu tək qoymaqda heç bir təhlükə olmadığı üçün həmin an onunla olan üç şəxs yolu davam etdirib";

"Həmin şəxslər az bir məsafə qət etdikdən sonra Quram Dadianidze görünmədikdə, qaranlıq olduğu üçün qonşulardan biri fənərlə onu axtarmağa başlayıb. Lakin Quram Dadianidzeni sonuncu dəfə gördükləri yerə qayıtdıqda, o artıq orada olmayıb";

"Hüquq-mühafizə orqanlarına məlumat verilib və tezliklə polis əməkdaşları axtarışa qoşulublar. Quram Dadianidzenin yanında telefonu olmayıb və dostları onunla əlaqə saxlaya bilməyiblər, həmçinin buna görə onun sonrakı yerləşməsini və hərəkət istiqamətini müəyyən etmək mümkün olmayıb".

DİN-in məlumatına görə, şahid ifadələrindən bəlli olur ki, Dadianidzenin nə yolboyu, nə də ziyarətgahda heç kimlə münaqişəsi olmayıb və hər hansı qarşıdurma təhlükəsi mövcud deyildi. Həmçinin, onun oturduğu yerdən çoxlu zəvvar keçirdi.

Qurum iddia edir ki, iş üzrə Quram Dadianidze ilə birlikdə olan və səyahət edən bütün şəxslər dindirilib, "bütün zəruri istintaq hərəkətləri aparılıb, lakin şübhəli bir məqam, eləcə də geçmişdə Quram Dadianidzeyə qarşı intiqam motivinin olduğunu təsdiqləyən hər hansı hal müəyyən edilməyib". DİN-in bəyanatına görə, hadisə yerində "hər hansı zorakılıq izi müşahidə olunmayıb".

"Quram Dadianidzenin itkin düşməsi faktı üzrə 2014-cü ildən 2017-ci ilə qədər istintaq və ya axtarış tədbirlərinin aparılmadığı barədə yayılan məlumatlar həqiqətə uyğun dəyil. 2014-cü ildə Duşeti Rayon İdarəsində Quram Dadianidzenin itkin düşməsi faktı üzrə axtarış işi açılıb və onun yerinin müəyyən edilməsi məqsədilə bütün zəruri axtarış tədbirləri həyata keçirilib", — qurumdan bildirirlər.

Ananın tələbi

Quram Dadianidzenin anası Sofo Bibilaşvili oğlunun itkin düşdüyü yerin yaxınlığındakı ərazinin qazılmasını və xüsusi texnika ilə öyrənilməsini tələb edir. Ananın arqumenti odur ki, 2014-cü ildə oğlunun itkin düşdüyü yerdə torpaq sürüşməsi baş verib.

Bu fikirlə Duşeti bələdiyyəsi merinin Kveşeti inzibati ərazi vahidliyi üzrə keçmiş nümayəndəsi Zurab Burduli razılaşmır. O, oğlanın itkin düşdüyü yerdə şəxsən olub və iddia edir ki, sürüşmə baş verən sahə bir qədər aralıda yerləşir.

Lomisi ziyarətgahının yanında Rusiyanın işğal etdiyi ərazi başlayır, lakin Quram Dadianidzenin ayırıcı xətti keçməsi nə işğalçı qüvvələr, nə də şahidlər tərəfindən təsdiqlənmir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print Email
FaceBook Twitter Google