Avqustun 10-da Kolumbiyanın qərbində güclü zəlzələdən 100-dən çox
insan həlak olub.
Bu zəlzələ Abelardo de la Espriyelyanın prezident andı içməsindən
bir neçə gün sonra baş verib. Bu isə yeni administrasiyanı ilk
böyük böhranla üz-üzə qoyub. İyunda isə qonşu Venesuelada iki
dağıdıcı zəlzələ baş vermişdi.
Bəzi yerli media qurumları ölkə üzrə ölənlərin sayının 132 olduğunu
bildirsə
də, bu rəqəmin mənbəyi bəlli deyil.
ABŞ Geoloji Xidməti zəlzələnin 7,4 bal gücündə olduğunu, 107
kilometr dərinlikdə baş verdiyini bildirib. Kolumbiya Geoloji
Xidmətinin məlumatına görə, bu, ölkədə 21-ci əsrdə qeydə alınmış ən
güclü zəlzələdir.
Xilasedicilər və könüllülər dağıntılar altında qalanların
axtarışlarını davam etdiriblər.
Kolumbiya Geoloji Xidməti avqustun 10-da günün sonunadək 21
afterşok qeydə alındığını bildirib, əlavə yeraltı təkanların baş
verə biləcəyi barədə xəbərdarlıq edib.
1999-cu ildə Kolumbiyada baş verən 6,2 bal gücündə zəlzələ mindən
çox insanın ölümünə səbəb olmuşdu.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415