Moskva Yerevanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalıb-qalmamaq
və ya Avropa İttifaqına (Aİ) üzvlük
yönündə irəliləmək məsələsini referenduma çıxarmasında təkid
edir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ötən həftə belə bir
məsələnin gündəmdə olmadığını açıq bildirib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a deyib
ki, Moskva Ermənistanın təklif olunan referendumla bağlı bu ilin
dekabrınadək qərar verməsini
gözləyir. Həmin vaxt Aİİ sammitində
Ermənistana qarşı mümkün addımların müzakirə olunacağı
gözlənilir.
"Referendum keçirmək çağırışı həmin vaxtadək gözardı
olunarsa, liderlər qərar verərkən bu faktı nəzərə
alacaqlar", – Qaluzin bildirib.
Onun sözlərinə görə, Ali Avrasiya İqtisadi Şurasının dekabr
iclasında bu məsələ müzakirə olunacaq.
Ermənistana referendum çağırışını daha əvvəl Rusiya prezidenti
Vladimir Putin səsləndirib. Paşinyan isə bu təklifi rədd edib,
Yerevanın Aİ üzvlüyü üçün rəsmən müraciət etmədiyini bildirib.
Rusiya bu il aprelin sonlarında Ermənistana qarşı iqtisadi
məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ötən müddət ərzində
Ermənistandan mineral suların, spirtli içkilərin, güllərin, balıq
məhsullarının, meyvə, tərəvəz və giləmeyvələrin, son günlərdə isə
süd məhsullarının idxalına qadağalar qoyulub.
Paşinyan bildirib ki, Rusiyanın Ermənistandan milyonlarla dollarlıq
kənd təsərrüfatı məhsulları və mineral su idxalına embarqo
qoymasına baxmayaraq, Yerevan Avropaya inteqrasiya xəttini
dəyişməyəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415