Gürcüstan hökuməti Milli Yol Təhlükəsizliyi Strategiyasını və
2026–2027-ci illər üzrə Fəaliyyət Planını təsdiqləyib.
Hökumətin qiymətləndirməsinə görə, strategiya yollardakı mövcud
vəziyyəti yaxşılaşdırmağı və beynəlxalq standartları tətbiq etməyi
hədəfləyir. Bununla yanaşı, sənəddə qeyd olunduğu kimi, plan
2030-cu ilə qədər yol-nəqliyyat hadisələri nəticəsində həlak
olanların və yaralananların sayını 25% azaltmağı nəzərdə tutur.
Sözügedən plan çərçivəsində uşaqların avtomobillərdə təhlükəsiz
daşınması istiqamətində bir sıra qanunvericilik dəyişikliklərinin
hazırlanması da nəzərdə tutulur.
"Xüsusi uşaq oturacaqlarının istifadəsi istiqamətində
qanunvericilik dəyişikliyinin həyata keçirilməsi planlaşdırılır.
Buna əsasən, ilkin mərhələdə məktəbəqədər yaşlı uşaqlar üçün xüsusi
avtomobil oturacaqlarının istifadəsi məcburi olacaq", —
deyə sənəddə bildirilir.
Bununla yanaşı, müvafiq normativ bazanın yaradılması və keçid
dövrünün nəzərə alınması ilə Yol Təhlükəsizliyi Fəaliyyət Planında
uşaqların təhlükəsiz daşınmasına nəzarətlə bağlı Daxili İşlər
Nazirliyinin müvafiq əməkdaşlarının ixtisasının artırılması
məsələsi də əks oluna bilər.
Yeni strategiya uşaq oturacaqlarının istifadəsi barədə
maarifləndirmə kampaniyalarının keçirilməsini də nəzərdə tutur.
Fəaliyyət planının tədbirlərinə yol təhlükəsizliyi istiqamətində
məlumatlandırma və maarifləndirməyə yönəlmiş fəaliyyətlərin, o
cümlədən uşaq oturacaqlarının istifadəsi ilə bağlı müvafiq sosial
kampaniyanın həyata keçirilməsi daxildir.
Sənəddə həmçinin qeyd olunur ki, maarifləndirmə istiqamətində
valideyinlər və uşaqlar üçün uyğunlaşdırılmış təhsil imkanlarını
təmin edən yol təhlükəsizliyi üzrə vahid onlayn təhsil
platformasının yaradılması məqsədəuyğundur.
Strategiya layihəsinə əsasən, yol təhlükəsizliyi mövzusunun
məktəbəqədər təhsil proqramlarına da inteqrasiya edilməsi tövsiyə
olunur.
Bununla belə, sənəddə vurğulanır ki, məktəbə hazırlıq proqramında
yol təhlükəsizliyi mövzusu artıq nəzərdə tutulub və bunun
çərçivəsində uşaqlar yaşayış mühiti, nəqliyyat növləri və küçədə
hərəkət qaydaları ilə tanış olurlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415