Gürcüstan hökuməti 2026–2030-cu illər üzrə Milli Yol Təhlükəsizliyi
Strategiyasını və 2026–2027-ci illər üzrə Fəaliyyət
Planını təsdiqləyib. Sürət həddinin aşılmasının azaldılması əsas
istiqamətlərdən biri kimi göstərilir.
Strategiyaya əsasən, "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi
ilə koordinasiyada milli video-müşahidə sisteminin
təkmilləşdirilməsi və xüsusilə sürət həddinin aşılması riski yüksək
olan sahələrdə ölkə miqyasında yeni qurğuların quraşdırılması davam
etdiriləcək.
Bununla yanaşı, hökumət
videokameralar tərəfindən qeydə alınan
sürət həddinin aşılması halında sürücülərin ballarının azaldılması
sistemini tətbiq etməyi planlaşdırır. (Hazırda videokamera ilə
qeydə alınan hüquqpozmalarda sürücülük hüququ balları azaldılmır,
yalnız pul cəriməsi yazılır).
Sənəddə qeyd olunur ki, bu gün sürət həddinin aşılması ilə bağlı
ballar sistemindən effektiv istifadə olunmur. Müvafiq olaraq,
balların azaldılması mexanizminin işə salınması sürət həddinin
aşılmasının qarşısının alınması və icranın gücləndirilməsi üçün
əsas alətlərdən biri kimi nəzərdən keçirilir.
Bundan əlavə, yaşayış məntəqələrində maksimum yol verilən sürət
hədlərinin və tolerantlıq həddinin (icazə verilən kənarlaşma)
azaldılması üzərində işlər davam etdiriləcək.
Sənədə əsasən, yalnız sürət hədlərinin azaldılması problemin aradan
qaldırılması üçün kifayət deyil. Mərhələli şəkildə sistemli
yanaşmanın tətbiqi planlaşdırılır ki, buraya aşağıdakılar
daxildir:
Yol infrastrukturunun təkmilləşdirilməsi;
Sürət həddinin aşılmasına görə sərt, mütənasib və ardıcıl
sanksiyaların tətbiqi;
Bal sistemindən daha effektiv istifadə olunması;
İctimai maarifləndirmənin artırılması;
Yollarda "qara nöqtələr"in (qəza riski yüksək olan yerlərin)
müəyyən edilməsi.
Strategiyaya əsasən, sürətin effektiv idarə olunması nəticəsində
yol-nəqliyyat hadisələrinin, habelə xəsarət alanların və həlak
olanların sayının azalması gözlənilir.
Bundan başqa, hökumətin qiymətləndirməsinə görə, sürətin
azaldılması havanın çirklənməsini, yanacağın artıq sərfiyyatını və
kəskin küyü azalda bilər, həmçinin şəhər yollarında hərəkətin
fasiləsizliyini və piyadalar ilə iki təkərli nəqliyyat
istifadəçilərinin mobilliyini yaxşılaşdıra bilər.
Gürcüstan Hökumətinin qərarı 2026-cı il 5 avqust tarixinə
aiddir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415