"Gürcü Arzusu"nun tərəfdarı olan filosof Zaza Şatirişvili Gürcüstan
Milli Bankının sabiq rəhbəri Roman Qotsiridzenin bəyanatını tənqid
edib.
Qotsiridze Bidzina İvanişviliyə yaxın olan biznesmen və Gürcüstan
Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Qiorqi Baçiaşvilinin
ABŞ-da 51,5 milyon dollara villa satmasını Bidzina İvanişvili ilə
əlaqələndirmişdi.
Şatirişvilinin sözlərinə görə, keçmiş baş nazirlər — "nə
Kvirikaşvili və Baxtadze, nə ölkədən qaçan Qaxariya,
nə də hazırda
həbsdə olan və Bidzina İvanişvili ilə təxminən 20 il əməkdaşlıq
edərək yaxın şəxsi münasibətləri olan Qaribaşvili onun cinayətkar
fəaliyyəti haqqında hər hansı sual doğuracaq bir tək fakt, arqument
və ya hətta məntiqi şübhə belə təqdim edə bilməyiblər".
Şatirişvili bunu onunla izah edir ki, "Bidzina İvanişvili illərdir
dürüstcəsinə çalışır, onun üçün əsas zəmanət də məhz təmiz
keçmişidir".
Onun sözlərinə görə,
"Bidzina İvanişvili öz ölkəsinə və
xalqına səmimiyyətlə xidmət etməyən hər kəsdən hesab tələb edir.
Onların danışa biləcəyi yeganə şey cənab Bidzinanın hər kəsdən
maksimum nəticə tələb etməsi, korrupsiyaya qoşulmağı, yalanı, şəxsi
mənfəət naminə başqalarının maraqlarına xidmət etməyi və ya öz
vətəninə qarşı çıxmağı heç kimə
bağışlamamasıdır".
"Qotsiridzenin bəyanatına görə, Baçiaşvilinin özünə
məxsus əmlakı satması və maliyyə vəsaitlərini öz hesablarında
cəmləşdirməsi onun Bidzina İvanişvilidən təhlükə gözləmədiyi
deməkdir, lakin ona bu zəmanəti nəyin verdiyi məlum deyil. Digər
tərəfdən, İvanişviliyə Baçiaşvilinin xaricdə dilə gəlməyəcəyinə və
onun 'cinayətləri' haqqında danışmayacağına nəyin zəmanət verdiyi
də məlum deyil.
Qotsiridze bu təbliğat mesajı ilə özünün azsaylı oxucularına guya
Bidzina İvanişvilinin Baçiaşviliyə qarşı qanunsuz rəftar etdiyini
bir fakt kimi təqdim etməyə çalışır, həmçinin bu iki şəxsin
bir-birinə qarşı niyə müəyyən zəmanətlərə malik ola biləcəyi barədə
şübhə yaratmağa cəhd edir. Lakin eyni zamanda, özünün uydurduğu
zəmanətlərin möhkəmliyini özü də sual altına alır. Daha diqqətçəkən
məqam odur ki, bu bəyanatda ümidsizliyə çevrilmiş bir gözlənti hiss
olunur — güman edirlər ki, bir gün müxtəlif vaxtlarda Bidzina
İvanişvili ilə biznesdə və ya siyasətdə yaxın işgüzar münasibətdə
olmuş kimsə nə vaxtsa dilə gələcək və onun 'qaranlıq' işləri
haqqında danışacaq. Bu yanaşma yalnız Qotsiridze üçün değil, bütün
radikal müxalifət üçün xarakterikdir, çünki biz vaxtilə Bidzina
İvanişvili ilə əməkdaşlıq etmiş, bu gün isə onunla qarşıdurmada
olan və ya əlaqəsini kəsən bir çox şəxslə bağlı oxşar məzmunlu
bəyanatlar eşitmişik.
Baçiaşvili tərəfindən 'dilə gəlmək' istəyinin və gözləntisinin əbəs
olduğunu o da sübut edir ki, o, vaxtında Bidzina İvanişviliyə qarşı
açıq şəkildə bəyanatlar verirdi, sonra öz cinayətini pərdələmək
üçün siyasi təqib görüntüsü yaratmağa çalışdı, açıq şəkildə
etirazlara qoşuldu və bizə Ukraynanı dəstəklədiyinə və müxalifət
cinahında aktivliyinə görə cəzalandırıldığını inandırmağa çalışdı,
daha sonra isə ölkədən qaçdı. Bidzina İvanişviliyə qarşı hər hansı
məlumatı və ya faktı vardısa, açıq və arqumentli şəkildə danışmaq
üçün kifayət qədər vaxtı var idi, lakin küçə pafoslu, mənasız və
qısamüddətli təbliğata hesablanmış bəyanatlardan başqa ondan heç nə
eşitmədik.
Qotsiridzenin ümidsiz arzusu və Baçiaşvilinin halı xarici
qüvvələrin itaətkar müxalifətçilərinin vəziyyətini dəqiq təsvir
edir — onlar artıq 10 ildir ki, Bidzina İvanişvili ilə işgüzar
münasibətlərini kəsən insanların danışmasını gözləyirlər. Əvvəlcə,
'Gürcü Arzusu' koalisiyası dağıldıqdan sonra gah 'Azad
Demokratlar'dan və Alasaniadan, gah 'Respublikaçılar'dan,
Usupaşvili və ya Berdenişvililərdən danışacaqlarını gözləyirdilər,
Xuxaşvilinin də adını eşidirdik, bu yaxınlarda isə uzun illər
Bidzina İvanişvilinin vəkili olmuş və onun fəaliyyəti haqqında
yaxşı məlumatlı olan Viktor Kipiani də müxalif partiya yaratdı.
Bütün bu müddət ərzində 5 baş nazir dəyişdi və radikalların
gözləntiləri də kəskinləşirdi, lakin nə Kvirikaşvili və Baxtadze,
nə ölkədən qaçan Qaxariya, nə də hazırda həbsdə olan və Bidzina
İvanişvili ilə təxminən 20 il əməkdaşlıq edərək yaxın şəxsi
münasibətləri olan Ğaribaşvili onun cinayətkar fəaliyyəti haqqında
hər hansı sual doğuracaq bir tək fakt, arqument və ya hətta məntiqi
şübhə belə təqdim edə bilmədilər.
Bunun isə yeganə bir səbəbi var və Roman Qotsiridzenin
'Baçiaşvilinin dilə gəlməyəcəyinə hansı zəmanətlər var?' sualına
cavab məhz budur. Bidzina İvanişvili illərdir dürüstcəsinə çalışır,
müvafiq olaraq, onun üçün əsas zəmanət də məhz təmiz
keçmişidir", — deyə Şatirişvili yazır.
Roman Qotsiridzenin bəyanatına gəlincə, o, Qiorqi Baçiaşvilinin
villanı satmasını İvanişvili ilə aralarındakı mübahisə ilə
əlaqələndirir, onlar arasında mümkün sövdələşmə barədə suallar
qoyur və bu əhvalatı Gürcüstanda formalaşmış "mafiya sistemi"nin
nümunəsi hesab edir.
"Görünür, İvanişvili şəxsi əsirini azad edib və o,
hazırda xaricdədir. Əmlakın satılması və bu məbləğin onun
hesablarında toplanması göstərir ki, o, İvanişvilidən təhlükə
gözləmir. Ona bu zəmanəti nəyin verdiyi məlum deyil. Və ya
İvanişviliyə Baçiaşvilinin xaricdə danışmayacağına nəyin zəmanət
verdiyi də məlum deyil.
Baçiaşviliyə qarşı bir çox ağır cinayətlər törədilib, o cümlədən
onun Dubaydan qaçırılması. İstədi-istəmədi, o, bu iş üzrə məhkəmədə
çox şey danışmalı olacaq", — deyə Roman Qotsiridze
yazır.
Qiorqi Baçiaşvilinin villasına gəlincə, NYP yazıb ki, Qiorqi
Baçiaşvili Mayamidəki villanı 51,5 milyon dollara satıb və bu
sövdələşmə rekord hesab olunur.
Mənbə: news.on.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.