ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Birləşmiş Ştatlar
hava zərbəsi nəticəsində toy mərasiminin vurulması
barədə İranın iddialarını araşdırır. Bununla belə, o, Tehrandan
yayılan xəbərlərə şübhə ilə yanaşdığını deyib.
"Bu məsələni araşdırırıq, çünki buna diqqətlə
yanaşırıq. Nə baş verdiyini bilmək istəyirik", – Vens
sentyabrın 3-də Ağ evdə jurnalistlərə bildirib.
"Araşdırma getdiyini bilirəm. Onu da deyim ki, İranın
dövlət mediası indiyədək münaqişə zamanı baş verənləri o qədər də
düzgün işıqlandırmayıb. Buna görə də bu xəbərə çox skeptik
yanaşıram", - o əlavə edib.
Pentaqon məktəblə bağlı araşdırmanın nəticələrini
təqdim etməyib
Tehranın bildirdiyinə görə, zərbə İranın cənubundakı Sirik
rayonunun Kuhestək kəndində toy mərasiminin keçirildiyi evə
endirilib. Dörd nəfər ölüb, 70 nəfər yaralanıb. İran mediası 22
yaşlı bir qadının sonradan xəstəxanada vəfat etdiyini yazır.
Sentyabrın 3-də sakinlər kəndin yaxınlığında yas mərasiminə
toplaşıblar.
ABŞ ordusu zərbə ilə bağlı birbaşa açıqlama verməyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins
məlumatlardan xəbərdar olduqlarını bildirib. Amma deyib ki, "İslam
İnqilabı Keşikçiləri Korpusundan – SEPAH-dan fərqli olaraq, ABŞ
ordusu heç vaxt mülki şəxsləri hədəfə almır".
İran Birləşmiş Ştatları müharibə zamanı mülki əhaliyə qarşı bir
neçə dəfə hücum həyata keçirməkdə ittiham edib.
Tehran Minab şəhərində qızlar üçün ibtidai məktəbə hava zərbəsinin
ən çox insan tələfatına səbəb olduğunu bildirmişdi. İran
hakimiyyəti həmin hücumda 165-ə qədər məktəbli qız və müəllimin
öldüyünü açıqlayıb. BMT ekspertləri hadisə ilə bağlı "dərin
narahatlıq" ifadə ediblər.
Pentaqon araşdırmaya başladığını açıqlasa da, nəticələrini hələ
təqdim etməyib.
"Buna müharibə deməzdim"
Vens Ağ evdə jurnalistlərin müharibənin nə qədər davam edəcəyi
barədə sualına birbaşa cavab verməyib.
"Buna müharibə deməzdim. Hazırda fəal atışma getmir",
– o deyib..
Vens bəzi yerlərdə qarşıdurmanın yenidən alovlandığını etiraf edib.
O bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi fevralın 28-də
başlayandan sonra genişmiqyaslı döyüş əməliyyatları cəmi altı həftə
davam edib və "Birləşmiş Ştatlar İranın nüvə proqramını yenidən
qurmasını çətinləşdirib".
Vitse-prezident deyib ki, İran Hörmüz boğazında kommersiya
gəmilərinə hücumları dayandırmayınca, ABŞ Tehranla danışıqlar
aparmağı planlaşdırmır.
"Bunu dayandırmalıdırlar. Məsələ bu qədər
sadədir", – Vens söyləyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.