Marneulidə ictimai nəqliyyatda gediş haqqı artırılıb.
1 nömrəli və 2 nömrəli marşrut mikroavtobuslarında sərnişinlər
yeni, artırılmış tariflə ödəniş etməlidirlər.
Dəyişiklik aşağıdakı marşrutlara şamil olunub:
- Marneuli – Tsereteli – Saimərlo: gediş haqqı 70
tetri-dən 90 tetri-yə qaldırılıb.
- Marneuli – Candar: tarif 70 tetri əvəzinə 80 tetri
olub.
Qiymət artımının səbəbləri ilə bağlı “Ekspres Turist” şirkətinin
rəhbəri Yuri Samxaradze
ilə əlaqə saxladıq. Onun sözlərinə görə,
gediş haqqının artırılması yanacağın qiymətinin yüksəlməsi ilə
bağlıdır.
“Benzinin qiyməti ən azı iki dəfə artıb. Uzun müddətdir bu qərarı
qəbul etməyi düşünürdük, lakin indi çıxılmaz vəziyyət yaranmışdı –
tamamilə fəaliyyətimizi dayandırmaq həddinə
çatmışdıq”, – Yuri Samxaradze bildirib.
Qeyd edək ki, Marneulidə 1 nömrəli və 2 nömrəli ictimai
nəqliyyatında gediş haqqı 2022-ci ilin mart ayında da artırılmışdı.
Həmin vaxt tarif 50 tetri-dən 70 tetri-yə qaldırılmışdı.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.