ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner
sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilərlər.
Bu barədə TASS, "Kyiv Independent" və Ukrayna Ali Radasının
deputatı Oleksiy Qonçarenko məlumat yayıb. Səfər tarixləri hələ
rəsmən təsdiqlənməyib.
Qonçarenkonun dediyinə görə, ABŞ elçiləri şənbə günü Moskvaya,
bazar günü Kiyevə gəlməlidirlər. Deputat iddia edir ki, nümayəndə
heyətinin Ukrayna paytaxtına
təyyarə ilə gəlməsi nəzərdə tutulub və
bu marşrut Rusiya tərəfi ilə razılaşdırılıb.
"Kyiv Independent"in həmsöhbəti planların dəyişə biləcəyini
bildirib. Mənbəyə görə, Uitkoff Kiyevə getməkdən çəkinir, Rusiya
belə bir səfərin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq
edib.
Qonçarenko bildirib ki, sentyabrın 4-də Rusiya dronu Kiyevin
Julyanı aeroportu ərazisində iki köhnə "Yak-40" təyyarəsinə hücum
edib. Deputatın fikrincə, zərbə ABŞ təmsilçilərinin mümkün səfərinə
hazırlıq fonunda qəsdən endirilib. Kiyev bu məlumatı hələ
təsdiqləməyib.
Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Uitkoff və
Kuşnerin yaxın günlərdə səfər edə biləcəklərini demişdi. Onun
sözlərinə görə, səfərlərin ilkin tarixləri müəyyənləşdirilib,
Vaşinqton həm Moskvada, həm də Kiyevdə görüşlər keçirmək planını
təsdiqləyib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokdakı
forumda çıxışı zamanı bildirib ki, ilk növbədə Rusiya və Ukrayna
müharibəni bitirmək barədə razılığa gəlməlidir, ABŞ və digər
ölkələr bu prosesə kömək edə bilərlər. Putinin sözlərinə görə,
Moskva ABŞ administrasiyası ilə əlaqələrini davam etdirir və
Vaşinqtonla tammiqyaslı münasibətlərin bərpa olunacağına ümid
edir.
Putin Ukrayna ilə xüsusi xidmətlər vasitəsilə təmasların
saxlanıldığını iddia edib. O etiraf edib ki, həmin təmasların sülh
razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hələlik
qiymətləndirmək çətindir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.