İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyir ki, ölkəsinin
maraqlarına və təhlükəsizliyinə hər hansı yeni hücuma daha sərt
cavab veriləcək,
"mütənasib cavablar" dövrü başa çatıb.
"İranın maraqlarına və təhlükəsizliyinə istənilən
təcavüzə daha sürətli, daha ağır və daha ağrılı cavab
veriləcək", – Qalibaf sentyabrın 6-da parlamentin
açıq iclasında bildirib.
Bundan bir gün əvvəl isə ABŞ ordusu Xark
və Cask adaları
yaxınlığında, eləcə də Oman körfəzində üç İran neft tankerini
hədəfə alaraq məhv etdiyini açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, zərbələr İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-nin iki hərbi gəmisinə
ballistik raketlərlə hücumuna cavab olaraq endirilib. Həmin
hücumlarda amerikalılar arasında itki olmayıb.
CENTCOM komandanı Bred Kuper xəbərdarlıq edib ki, İran ABŞ
gəmilərinə hücumları dayandırmasa, bunun iqtisadi nəticələri daha
ağır olacaq, İranın neft tankerləri sıradan çıxarılacaq.
İran Xarici İşlər Nazirliyi ABŞ zərbələrini "qanunsuz və
təcavüzkar" adlandırıb. İranın mərkəzi hərbi komandanlığı olan
"Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının sözçüsü bildirib edib ki,
dəniz blokadası davam edərsə, ABŞ qüvvələrinə hücumlar daha da
şiddətlənə və genişlənə bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.