Ermənistan Orta Asiya ölkələrini "Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu"na (TRIPP) cəlb etməyə çalışır.
Bu iddialı ticarət dəhlizi ABŞ prezidenti Donald Trampın adını
daşıyır və son vaxtlar onun tikintisi ilə bağlı səylər
güclənir.
Dəhliz Bakı ilə sülh razılaşmasının tərkib hissəsidir, Azərbaycanı
Ermənistan ərazisindən keçərək Naxçıvan eksklavı ilə birləşdirəcək.
Bu marşrut həm də Rusiya və İrandan
yan keçən yeni Şərq-Qərb
ticarət yolunu açacaq.
Qərbin ağır sanksiyaları altında olan Moskva və Tehran layihədən
məmnun deyil.
Ermənistanın baş naziri Nikol Paşinyan son həftələr Qazaxıstan və
Qırğızıstanın layihədə iştirakına çalışır. Müşahidəçilərin
fikrincə, hər iki ölkə Orta Asiyanın əsas siyasi və iqtisadi
aktorlarından olan Rusiyanı qəzəbləndirməkdən çəkinir.
Paşinyan sentyabrın 1-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının
(ŞƏT) sammitində Azərbaycan və Hindistan liderləri, ABŞ
təmsilçiləri ilə TRIPP-i müzakirə edib.
O, avqustun 27-də AzadlıqRadiosunun erməni xidmətinə demişdi ki,
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə son telefon söhbətində
bu ölkənin TRIPP-də mümkün iştirakını müzakirə edib.
Qırğızıstan rəsmisi Daniyar Amanqeldiyev isə AzadlıqRadiosunun
qırğız xidmətinə bildirib ki, hökumət hələ rəsmi təklif
almayıb.
TRIPP-in mahiyyəti
Ermənistan və ABŞ artıq layihəni ictimaiyyətə təqdim etməyə
başlayıb.
Sentyabrın 1-də TRIPP-in rəsmi "Facebook" səhifəsi istifadəyə
verilib. Onu Ermənistan Xarici İşlər Nazirliyi ilə ABŞ-nin
Yerevandakı səfirliyi birgə idarə edir.
Elə həmin gün ABŞ və Ermənistan rəsmiləri layihəni müzakirə etmək
üçün 43 kilometrlik dəhlizin keçəcəyi Sünik vilayətində
görüşüblər.
Layihənin 74 faizi ABŞ-yə, qalan hissəsi isə Ermənistana məxsusdur.
Vaşinqton ilkin mərhələdə 145 milyon dollar ayırmağı öhdəsinə
götürüb. Paşinyan TRIPP-i "çoxmilyardlıq layihə" adlandırıb.
Ermənistan hökuməti iyulda TRIPP-i təsdiqləyib. Sənədin sentyabrın
15-də Konstitusiya Məhkəməsində nəzərdən keçiriləcəyi, daha sonra
yekun səsvermə üçün parlamentə göndəriləcəyi gözlənilir. Vaşinqton
əlavə maliyyə cəlbinə kömək vəd edib, ancaq hələlik yeni investor
və ya maliyyə mənbəyi açıqlanmayıb.
AzadlıqRadiosunun özbək xidmətinin əməkdaşı Zamira Eşanova yazır
ki, dənizə çıxışı olmayan Ermənistan üçün bu layihə iqtisadi
təcridə son qoymaq, regional nəqliyyat qovşağına çevrilmək imkanı
kimi qiymətləndirilir.
TRIPP dəmir və avtomobil yolları infrastrukturunun, mümkün neft və
qaz kəmərlərinin, fiber-optik rabitə və elektrik enerjisi
xətlərinin çəkilməsini nəzərdə tutur.
Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində nəzarəti
bərpa edəndən sonra Ermənistan uzunmüddətli müttəfiqi Moskvadan
uzaqlaşmağa, Qərblə daha sıx əlaqələr qurmağa başlayıb.
Bişkek və Astana "qəribə şəkildə susur"
Qazaxıstan TRIPP-də iştiraka maraq göstərdiyini açıq bildirib.
TRIPP Rusiyadan yan keçərək Çinlə Avropanı Orta Asiya və Qafqaz
vasitəsilə birləşdirən, hələ formalaşmaqda olan 6 min 500
kilometrlik ticarət marşrutunu – Orta Dəhlizi tamamlayacaq. Layihə
Ermənistan və Naxçıvan vasitəsilə Azərbaycandan Türkiyə və Avropaya
nəqliyyat bağlantısı yaradacaq.
Qırğızıstan rəsmiləri də TRIPP-i ölkənin Avropaya nəqliyyat
əlaqələrinin mümkün davamı kimi təqdim ediblər.
"Dəmir yolumuz Bakıya çatacaq və bu da bizim üçün Türkiyəyə birbaşa
marşrut açacaq... Bu, yeni fürsətdir", –
Qırğızıstanın ABŞ-dəki səfiri Edil Baysalov AzadlıqRadiosunun
qırğız xidmətinə deyib.
Ancaq indiyədək nə Bişkek, nə də Astana TRIPP-də iştirakla bağlı
açıq öhdəlik götürüb.
Qırğızıstanlı siyasi təhlilçi Emilbek Curayev hər iki ölkənin
"qəribə şəkildə" susduğunu deyir:
"Hər ikisi ABŞ ilə
müsbət təmaslar qursa da, ŞƏT-dəki tərəfdaşları – xüsusilə İran,
Rusiya TRIPP-ə müsbət yanaşmır. Buna görə də onlar, yəqin ki, bu
fürsətdən faydalanmağa tərəddüd edirlər".
Təhlilçinin sözlərinə görə, Moskvanın Paşinyan hökuməti ilə
münasibətlərinin getdikcə gərginləşməsi fonunda onların ehtiyatlı
davranışının ən böyük səbəbi Rusiya ola bilər.
"Ermənistan üzərində təsiri zəifləyən Rusiya üçün bu
məsələ əhəmiyyətlidir. Buna görə də Moskva Qazaxıstan və
Qırğızıstanın TRIPP-ə qoşulmasını dəstəkləməyəcək", –
o bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.