Kobaxidze Qareci ilə bağlı Lazare Corbenadzenin yaydığı məlumatı təkzib edib

İrakli Kobaxidze “Asaval-Dasavali” qəzetinin müsahibi Lazare Corbenadzenin David Qareci ilə bağlı yaydığı məlumatı təkzib edib.


Jurnalistlərin suallarını cavablandıran Kobaxidze bildirib ki, “bu illər ərzində” heç bir ölkə ilə bağlı sərhədlərin demarkasiyası və delimitasiyası baxımından heç bir dəyişiklik olmayıb.

“Heç bir dəyişiklik baş verməyib. Müvafiq olaraq, ötən illər ərzində demarkasiya-delimitasiya məsələsi ilə bağlı heç bir razılaşma imzalanmayıb.
Qalan hər şey çox asanlıqla üzə çıxan sadə yalan və spekulyasiyadır”,
– Kobaxidze deyir.

Corbenadzenin iddiasına görə, Kobaxidze İlham Əliyevlə gizli razılaşma imzalayıb və David Qareci ərazisinin bir hissəsini güzəştə gedib. Corbenadze bununla bağlı hər hansı təsdiqləyici fakt təqdim etməyib və sənədi gördüyünü bildirib.

“Ümumiyyətlə, demarkasiya-delimitasiyaya, o cümlədən Qareci istiqamətinə gəlincə, nə yazılı, nə də şifahi hər hansı razılaşma olub və ümumiyyətlə, bununla bağlı hər hansı real irəliləyiş baş verməyib”, – Kobaxidze deyir.

İrakli Kobaxidzenin Lazare Corbenadzenin ölümü ilə bağlı iş çərçivəsində dindirilmək üçün çağırılıb-çağırılmadığı barədə suala cavabında isə o bildirib ki, Corbenadze “faciəvi bir şəxsdir” və ona “çox sadə bir yalanı” yaydırıblar.

“Prokurorluq kimin dindirilməsini zəruri hesab edibsə, onu çağırıb və bu, tamamilə məntiqlidir. İnsanlar nə qədər qeyri-ciddi olsa da, konkret ittihamlarla çıxış ediblər. Buna baxmayaraq, əlbəttə ki, prokurorluğun məsuliyyəti var ki, həmin şəxsləri çağırsın və onları dindirsin”, – Kobaxidze deyir.

Lazare Corbenadze kim idi?
Lazare Corbenadze “Asaval-Dasavali” qəzetinin tez-tez müraciət etdiyi müsahibələrdən biri idi. 2026-cı ildə nəşr olunan nömrələrdən birində o yazırdı ki, İrakli Kobaxidze İlham Əliyevlə gizli razılaşma imzalayıb və David Qareci ərazisinin bir hissəsini güzəştə gedib.

Bundan sonra sosial şəbəkələrdə Lazare Corbenadzeyə qarşı müəyyən kampaniya başladı. Onu böhtançı adlandırırdılar.

O, “Asaval-Dasavali” qəzetinə daha bir müsahibə verərək geri çəkilmədiyini və İrakli Kobaxidze haqqında yaydığı məlumatın həqiqiliyini yenidən təsdiqlədiyini bildirib. O, bu sənədi gördüyünü iddia edirdi.

Bir müddət sonra Lazare Corbenadzenin öldüyü və rəsmi versiya kimi intiharın nəzərdən keçirildiyi məlum oldu. Corbenadzedən müsahibə alan “Asaval-Dasavali” jurnalisti Dito Çubinidze intihar versiyasına inanmadığını bildirib.

İrakli Qaribaşvili həbsxanadan göndərdiyi beşinci məktubunda Lazare Corbenadzenin ölümünün əsl səbəbinin nə olduğu sualına cavab verilməli olduğunu bildirib. Onun sözlərinə görə, “cəmiyyətdə bu günə qədər Kobaxidze-Mdinarađenin hakimiyyəti dövründə baş vermiş bir sıra şəxslərin intiharları ilə bağlı cavabsız suallar qalır...”

Prokurorluq bildirib ki, iş üzrə aşağıdakı şəxslər dindiriləcək: Nika Qvaramia; İrma İnaşvili; Nanuka Jorjoliani; Xatia Dekanoidze; Tazo Datunaşvili; Qia Xuxaşvili; Qiorqi Liluaşvili; Zaza Davitaia; Ermile Nemsadze; Qiorqi Qiqauri; İrakli Qaribaşvili.

Qurum həmçinin bildirir ki, “hazırkı mərhələdə Lazare Corbenadzenin intihar etməsi faktı təkzibolunmaz şəkildə təsdiqlənib”.

 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google