Qrossi İranı MAQATE-nin nüvə nəzarətini bərpa etməyə çağırır
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın bəyan etdiyi nüvə materialları və obyektlərinin vəziyyətini yoxlaya bilmir. Qurumun baş direktoru Rafael Qrossi bunu Tehranın lazımi məlumatları təqdim etməməsi və obyektlərə çıxış verməməsi ilə izah edib.

Ötən ilin iyununda ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbələrindən sonra Tehran MAQATE müfəttişlərinin həmin obyektlərə girişini dayandırıb.

Qrossi sentyabrın 7-də Vyanada MAQATE-nin
İdarə Heyətinin iclasının açılışında çıxış edib. O, vəziyyəti "nüvə silahlarının yayılması baxımından ciddi narahatlıq doğuran məsələ" adlandırıb, problemin təcili şəkildə həllinə çağırıb.

Qrossi İranı MAQATE ilə konstruktiv əməkdaşlığa, nüvə proqramı ilə bağlı diplomatiya və danışıqlara qayıtmağa çağırıb.

"MAQATE-nin nəzarət mexanizmlərinin tam və effektiv gerçəkləşdirilməsi, Tehranın öz öhdəliklərini yerinə yetirməsi üçün bu ölkəni agentliklə konstruktiv əməkdaşlığa çağırıram",
– Qrossi bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google