Merts: AfD-nin qələbəsi partiyanı kökündən sarsıdıb
Almaniya kansleri Fridrix Merts deyir ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının son seçkidəki qələbəsi onun Xristian Demokrat İttifaqını (CDU) kökündən sarsıdıb. Kanslerin fikrincə, bu, ciddi nəticələr çıxarmağın zəruriliyini göstərib. Xəbəri sentyabrın 7-də "Bild" qəzeti yayıb.

AfD ölkənin şərqi Saksoniya-Anhalt əyalətində seçkilərdə qələbə qazanıb.

"Bu, partiyamızı təməllərinə qədər sarsıdır. Əvvəlki kimi davam edə bilmərik, nə
mən, nə də federal hökumət",
– qəzet Mertsin belə dediyini yazır.

AfD Saksoniya-Anhalt seçkilərində qalib gəlir
Almaniyanın sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyası ilk dəfə regional parlament seçkilərində inamlı qələbə qazanıb. Sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında seçkilər keçirilib. ARD media şirkətinin keçirdiyi ekzit-polun nəticələrinə görə, seçicilərin 44.4 faizi "Almaniya üçün Alternativ"ə səs verib.

AfD-nin əsas rəqibi olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku böyük fərqlə ikinci yerdədir: o, səslərin 18.4 faizini toplayır. 5 faizlik baryeri keçən digər partiyaların heç biri 10 faizdən çox səs qazana bilməyib. Rəsmi nəticələr bu gün sentyabrın 7-də səhər saatlarında açıqlanacaq.

Beləliklə, AfD Saksoniya-Anhaltın regional parlamentində 83 deputat yerindən 39-nu əldə edəcək. Mütləq çoxluq qazanmaq üçün partiyanın cəmi üç mandatı çatmır. Bu səbəbdən AfD regional parlamentə (landtaq) keçən partiyalardan biri ilə koalisiya yaratmalı olacaq. Məsələ ondadır ki, Almaniyanın digər parlament partiyaları 2020-ci illərin əvvəllərində AfD ilə hər hansı əməkdaşlıqdan imtina barədə razılığa gəliblər.

AfD-nin həmsədri Alis Vaydel isə AfD-nin hökuməti formalaşdırmaq üçün aydın mandat aldığını bildirib.

Müşahidəçilər seçici fəallığının 76.5 faiz olduğunu deyirlər. Bu, 1990-cı ildən bəri ən yüksək göstəricidir.

"Reuters" yazır ki, seçkinin nəticəsi kansler Fridrix Mertsin mühafizəkarlarına sarsıdıcı məğlubiyyət yaşadıb, Almaniyada hakim koalisiyanın nə dərəcədə nüfuzdan düşdüyünü göstərib.

AfD artıq ölkə miqyasında ən populyar partiyadır, öz siyasi proqramını gerçəkləşdirmək üçün möhkəm dayaq qazanmağa çalışır. Partiyanın proqramına immiqrasiyanın kəskin məhdudlaşdırılması, Rusiya ilə əlaqələrin bərpası, Ukraynaya dəstəyin azaldılması və avrodan imtina daxildir. Partiya Almaniyanın miqrasiya siyasətinin sərtləşdirilməsini, təhsil sahəsində daha mühafizəkar normaların tətbiqini tələb edir.

AfD Kremldən maliyyə dəstəyi almaqda şübhəli bilinir. Partiyanın deputatları Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, "Vahid Rusiya" partiyasının simpoziumları kimi tədbirlərdə iştirak edirlər.

2023-cü ildə Almaniya Federal Konstitusiyanı Müdafiə İdarəsi AfD-nin Saksoniya-Anhalt təşkilatını "ifrat sağçı" elan edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google