Məktəblərin ətrafında yol hərəkəti qaydaları sərtləşdiriləcək – 30 km/saatdan artıq sürətlə hərəkət qadağan ediləcək
Məktəblərin ətrafındakı ərazilərdə yol hərəkəti qaydaları sərtləşdiriləcək. Xüsusi nişanlanmış ərazilərdə saatda 30 kilometrdən artıq sürətlə hərəkət etmək qadağan ediləcək.

Bu barədə 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyinin Milli Strategiyasının fəaliyyət planında qeyd olunub.

“Yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı mövcud çağırışlara cavab olaraq, Gürcüstanda məktəblərin ətrafındakı zonaların müvafiq qaydada tənzimlənməsi istiqamətində işlərə başlanılacaq. Konkret olaraq, Gürcüstan qanunvericiliyində məktəb zonası
anlayışının müəyyən edilməsi, sözügedən zonalarda nəqliyyat vasitələrinin hərəkət sürəti üçün maksimal həddin 30 km/saat müəyyənləşdirilməsi və sürət həddinin aşılması ilə bağlı mövcud 15 km/saatlıq tolerantlığın məktəb zonalarında tətbiqinin yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.

Qanunvericilik sahəsində qeyd olunan dəyişikliklər məktəb zonalarında orta hərəkət sürətinin azalmasına və yetkinlik yaşına çatmayanların təhlükəsizlik səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına kömək edəcək. Həmçinin, məktəb zonası anlayışı müəyyən edilməzdən əvvəl Gürcüstanda fəaliyyət göstərən bütün dövlət məktəblərinin ətrafındakı mövcud infrastrukturun Yol Təhlükəsizliyi üzrə İdarələrarası Komissiya tərəfindən hazırlanmış tövsiyələrə uyğunluğu qiymətləndiriləcək.

Yol infrastrukturu istiqamətində məktəb zonalarında və onların ətrafındakı ərazilərdə piyadaların təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş kompleks infrastruktur tədbirlərinin həyata keçirilməsi üzrə işlər davam etdiriləcək”,
– 2026-2030-cu illər üzrə Yol Təhlükəsizliyinin Milli Strategiyasında qeyd olunub.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google