Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin
əməkdaşları narkotik cinayəti ittihamı ilə 8 nəfəri saxlayıblar.
Qrup halında külli miqdarda narkotik vasitələrin və psixotrop
maddənin qanunsuz əldə edilməsi-saxlanılması, satışına yardım
göstərilməsi və tərkibində narkotik maddə olan bitkilərin qanunsuz
becərilməsi ittihamı ilə saxlanılan şəxslər arasında Gürcüstan və
xarici ölkə vətəndaşları var.
Cinayət işi üzrə həyata keçirilən operativ tədbirlər və istintaq
hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər
narkotik vasitələri əvvəlcədən seçilmiş konkret yerlərə
yerləşdirir, daha sonra isə müvafiq koordinatları və həmin yerləri
göstərən fotoları maraqlanan şəxslərə göndərirdilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
üzərində və müvəqqəti yaşadıqları mənzillərdə apardıqları
axtarışlar zamanı, həmçinin onların göstərdiyi 44 yerdən satış üçün
hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr və
psixotrop maddələr aşkar edərək maddi sübut kimi götürüblər.
Onların arasında “metadon”, “mefedron”, “alfa-PVP”, “MDMA”,
“həşiş”, “ketamin” və “marixuana” olub.
İstintaq
tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının
əməkdaşları narkotik vasitələrin qablaşdırılması üçün lazım olan
materialları, həmçinin ehtimal olunan narkotik satışından əldə
edilmiş pulu da götürüblər.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260, 260¹ və
261-ci maddələri ilə aparılır. Həmin maddələr 20 ilədək və ya
ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.