Yaponiya dağıdıcı daşqınlardan zərər çəkən Nepala 3 milyon ABŞ
dolları yardım edəcək.
Bu barədə ölkənin xarici işlər naziri Toşimitsu Moteqi açıqlama
verib.
Yardım Dünya Ərzaq Proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyası kimi beynəlxalq təşkilatlar vasitəsilə
çatdırılacaq.
Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində
baş verən daşqın nəticəsində bir neçə
kənd, iki ölkə arasındakı
sərhəd-keçid məntəqəsi palçıq və qaya axınının altında qalıb.
Son məlumata görə, Nepal tərəfdə 1355 nəfər ölüb, təxminən 5 min
nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində Nepalda 7570 fərdi ev,
48 dövlət binası dağılıb, 18 məktəbə ciddi zərər dəyib. Bundan
başqa, 55 kilometr uzunluğunda yol tamamilə dağılıb, 37 körpü
yararsız hala düşüb.
Çin tərəfdə isə ölənlərin sayı 43-ə çatıb. Təbii fəlakət
nəticəsində 519 nəfər itkin düşüb.
Mənbə: AZƏRTAC