Çin Gürcüstanın ən böyük investoru olub

2026-cı ilin ikinci rübündə Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.2% azalıb.



Milli Statistika Xidmətinin sentyabrın 8-də açıqladığı ilkin məlumatlara əsasən, aprel-iyun aylarında Gürcüstana 468.8 milyon ABŞ dolları məbləğində birbaşa xarici investisiya qoyulub. 2025-ci ilin ikinci rübündə bu göstərici 610.6 milyon dollar təşkil edirdi.

"Sakstat"ın izahına görə, azalmaya əsasən reinvestisiya göstəricisinin
aşağı düşməsi səbəb olub. 2026-cı ilin ikinci rübündə reinvestisiya 300.5 milyon dollar təşkil etdiyi halda, ötən ilin analoji dövründə bu rəqəm 467.4 milyon dollar idi.

Çin birinci yerdədir

Çindən Gürcüstana 219.5 milyon dollar birbaşa xarici investisiya yönəldilib ki, bu da ümumi həcmin 46.8%-ni təşkil edir.

Ən böyük investor ölkələrin ilk üçlüyü belədir:

  • Çin: $219.5 mln (46.8%);
  • Böyük Britaniya: $123.5 mln (26.3%);
  • Birləşmiş Ərəb Əmirlikləri: $47.7 mln (10.2%).

Gürcüstana yatırılan birbaşa xarici investisiyaların 83.3%-i bu üç ölkənin payına düşür.

Son illərdə Gürcüstanın investorları siyahısında əsasən Böyük Britaniya liderlik edirdi.

"Sakstat"ın məlumatına görə, Çindən gələn investisiyalarda kəskin artım qeydə alınıb. 2025-ci ilin ikinci rübündə bu ölkənin göstəricisi mənfi idi (-21.6 milyon dollar), 2026-cı ilin birinci rübündə isə Çindən 16.4 milyon dollar investisiya yatırılmışdı.

Çindən investisiyaların kəskin artması, böyük ehtimalla, "Basisbank"ın "Liberty Bank"ı satın alması ilə bağlıdır. Fond birjasının məlumatına əsasən, Çinin "Hualing Group" şirkətinə məxsus "Basisbank" "Liberty" üçün 674 milyon laridən çox (təxminən 250 milyon dollar) vəsait ödəyib.

Sektorlar üzrə ən çox birbaşa xarici investisiya maliyyə və sığorta fəaliyyətlərinə qoyulub — 207.6 milyon dollar (ümumi həcmin 44.3%-i). İkinci yerdə 119.9 milyon dollarla (25.6%) daşınmaz əmlak sektoru, üçüncü yerdə isə 59 milyon dollarla (12.6%) emal sənayesi qərarlaşıb.

Çin ilə strateji tərəfdaşlıq

"Gürcü Arzusu" hakimiyyəti dövründə son illərdə Gürcüstan və Çin arasında siyasi və iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib.

2023-cü ilin iyulunda, o vaxtkı baş nazir İrakli Qaribaşvilinin Çinə səfəri zamanı Tbilisi və Pekin strateji tərəfdaşlıq əlaqələri qurdu. Birgə bəyanat siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsini də nəzərdə tuturdu.

2023-cü ilin sentyabrından Gürcüstan Çin vətəndaşları üçün vizasız rejimi tətbiq etdi, 2024-cü ilin mayından isə Çin Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş rejimini qüvvəyə mindirdi.

2026-cı ilin iyununda Tbilisi və Pekin münasibətləri daha yüksək — "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə qaldırdılar.

Çinlə əlaqələrin dərinləşməsi Gürcüstanın ənənəvi qərb tərəfdaşları ilə münasibətlərinin kəskin pisləşməsi fonunda baş verir. Avropa İttifaqının qiymətləndirməsinə görə, Gürcüstan hakimiyyətinin seçdiyi kurs səbəbindən ölkənin Aİ-yə üzvlük prosesi 2024-cü ildə de-fakto dayandırılıb. Daha sonra, 2024-cü il noyabrın 28-də "Gürcü Arzusu" hakimiyyəti 2028-ci ilə qədər Aİ ilə üzvlük danışıqlarının açılması məsələsini gündəmə gətirməyəcəyini bəyan etdi.

Birləşmiş Ştatlarla da münasibətlər pisləşib. 2024-cü il noyabrın 30-da Vaşinqton ABŞ-Gürcüstan strateji tərəfdaşlığını dayandırdı. Dövlət Departamenti bu qərarı "Gürcü Arzusu"nun antidemokratik addımları və Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması ilə əlaqələndirdi.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google