İran əsilli Amerika vətəndaşı Kamran Hikməti Tehrandakı bədnam Evin
həbsxanasından azad edilib.
Ancaq ölkədən çıxışına qadağa qoyulduğu üçün İranı tərk edə bilmir.
Məlumatı AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) mənbələr
verib.
Hikmətinin azadlığa buraxılmasını İran hakimiyyəti hələ rəsmən
təsdiqlənməyib.
ABŞ dövlət katibi Marko Rubio martda Hikmətini "qanunsuz həbs
edilmiş şəxs" kimi tanımışdı. Onun sentyabrın 5-də azadlığa
buraxıldığı güman
edilir.
İsrailin "The Jerusalem Post" nəşri də İran mənbələrinə istinadla
Hikmətinin azad edildiyini bildirib.
71 yaşlı Hikməti 2025-ci ilin mayında İran pasportu ilə qohumlarına
baş çəkmək üçün İrana gedib, iki ay sonra hakimiyyət orqanları onu
saxlayıb. Tehran İnqilab Məhkəməsi onu 10 il əvvəl dini mərasimdə
iştirak üçün İsrailə getdiyinə görə 4 il həbs cəzasına məhkum edib.
İran pasportu daşıyan şəxslərin İsrailə səfəri qadağandır.
Belə səfərləri tənzimləyən qanuna dəyişiklik ediləndən sonra
Hikmətinin cəzası 2 ilə endirilib.
Hikmətinin ailəsi onun səhhəti ilə bağlı dəfələrlə narahatlığını
bildirib. Ailəsinin sözlərinə görə, o, sidik kisəsində aqressiv
xərçəngdən əziyyət çəkir, həbsdə xüsusi müalicə almaq imkanından
məhrum edilib.
"Girov diplomatiyası"
İran indiyədək İran-Amerika vətəndaşlığı olan bir neçə nəfəri
saxlayaraq Qərbə qarşı diplomatik təzyiq vasitəsi kimi istifadə
edib. Tənqidçilər bu təcrübəni "girov diplomatiyası"
adlandırırlar.
Digər İran-Amerika vətəndaşı Dena Karari 2024-cü ildə Şirazda qısa
müddətə saxlanılıb, sonra girov qarşılığında azad edilib. Təxminən
19 ay ərzində onun İranı tərk etməsinə icazə verilməyib. Ona qarşı
"düşmən hökumətlə əməkdaşlıq" və casusluq kimi ittihamlar irəli
sürülüb. Bu ilin iyulunda ölkədən çıxmasına icazə verilib. Karari
İrandan çıxandan az sonra Zahidan məhkəməsi onu qiyabi olaraq 5 il
həbs cəzasına məhkum edib.
"Radio Fərda"nın keçmiş müxbiri Rza Vəlizadə isə hələ də Evin
həbsxanasında saxlanılır. O, bu ilin iyununda həbsxanadan telefon
danışığında ABŞ hökumətindən özü və həbsdə olan digər amerikalılar
üçün tibbi yardım istəyib. Vəlizadə Evin həbsxanasında saxlanılan
dörd ABŞ vətəndaşının müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini,
gərəkən tibbi yardım ala bilmədiyini bildirib.
Vəlizadə 2022-ci ilin noyabrında "Radio Fərda"dan istefa verib,
2024-cü ilin martında ailəsini görmək üçün İrana qayıdıb, həmin
ilin sentyabrında həbs edilib. O, "düşmən Amerika hökuməti ilə
əməkdaşlıq"da təqsirli bilinərək 10 il həbs cəzasına məhkum olunub.
Onun apellyasiya şikayəti təmin olunmayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.