Batumidə itkin düşmüş şəxs axtarılır.
„Batumelebi“ nəşrinə sentyabrın 6-da itkin düşmüş şəxsin bacısı
qızı, Azərbaycan vətəndaşı Günay Əlizadə müraciət edərək məlumatın
yayılmasında köməklik göstərilməsini xahiş edib.
İtkin düşən Hafiz Süleymanov Azərbaycan vətəndaşıdır və qohumunun
sözlərinə görə, avqustun 28-dən etibarən onunla əlaqə saxlaya
bilmirlər.
„İtkin düşən şəxs mənim dayımdır. Sərhəd kameralarının
görüntülərini yoxladıq və bilirik ki, o, Türkiyədən Gürcüstana
keçib. Bundan sonra onun haqqında heç bir məlumatımız yoxdur və
əlaqə saxlaya bilmirik. O, telefonunu Türkiyədə itirib, buna görə
də hazırda onunla əlaqə yaratmaq qeyri-mümkündür. Ailəsi artıq onu
axtarır və aidiyyəti qurumlara da müraciət etmişik. Çox xahiş
edirik, əgər kimsə onu görübsə və ya harada olması barədə hər hansı
məlumata malikdirsə, bizimlə əlaqə saxlasın və ya polisə xəbər
versin“, — deyə Azərbaycan vətəndaşı Günay Əlizadə
yazır və dayısının fotosunu təqdim edir.
„Batumelebi“ nəşri Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayaraq
sözügedən şəxsin itkin düşməsi ilə bağlı müraciət
olunub-olunmadığını və hər hansı axtarış tədbirlərinin
aparılıb-aparılmadığını soruşub.
DİN-dən bildirilib ki, itkin düşən şəxsin axtarış işləri davam
etdirilir.
Mənbə: batumelebi.netgazeti.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.