Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki,
sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə
ümid edir.
Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.
Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan
müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı
planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və
nə vaxt lazım olduğunu artıq bilir.
Rusiya ilə
müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski
tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini
bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini
vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq,
sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.
Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi
təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O,
danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid
etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam
etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə
çalışacağına dair məlumatlar da var.
Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının
sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq.
Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda
görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.