Marneuli və Hucabi yepiskopu rusiyalı təbliğatçı Marqarita Simonyana Çar II İraklinin təhqir olunmasına görə cavab verir
Marneuli və Hucabi yeparxiyasının dini rəhbəri yepiskop Qiorqi Camdeliani mülki fəal və bloger Tornike Razmadzeyə qarşı qaldırılmış inzibati işə sosial şəbəkədə reaksiya verib. Yepiskop rusiyalı təbliğatçı Marqarita Simonyanın II İrakli haqqında səsləndirdiyi fikirləri kəskin tənqid edərək, gürcü çarının Rusiya qarşısında heç vaxt diz çökmədiyini bildirib. O, Aspindza döyüşünü və general Totlebenin xəyanətini xatırladaraq əlavə edib ki, Gürcüstanda
heç kim əcdadlarımızın təhqir olunmasına cavab verdiyi üçün cəzalandırılmamalıdır.

„Bu vətənsiz Simonyana demək istəyirəm! Hələ heç kim Çar II İraklinin hansısa ölkənin, o cümlədən Rusiyanın qarşısında "diz çökməsini" eşitməyib.

Biz o tarixi faktı tam dəqiqliyi ilə bilirik ki, Rusiyadan Gürcüstana “kömək üçün” göndərilmiş general Totleben Aspindza döyüşündə gürcülərə necə xəyanət etdi və kömək etmək əvəzinə paytaxtı tutmaq fikrinə düşdü. Buna görə də rəhmətlik Çar İrakli onu qovub ölkədən çıxartdı!

P.S. Gürcüstanda heç bir insan əcdadlarımızın təhqir olunmasına cavab verdiyinə görə cəzalandırılmamalıdır!“



DİN bloger Tornike Razmadzeni xırda xuliqanlıqda ittiham edir

Daxili İşlər Nazirliyi bloger Tornike Razmadzeni İnzibati Xətalar Məcəlləsinin 166-cı maddəsinin birinci hissəsi (xırda xuliqanlıq) ilə ittiham edir ki, bu da 500-dən 3 000 lariyədək cərimə və ya 20 günədək inzibati həbs nəzərdə tutur. İnzibati xəta haqqında protokol DİN-in Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsinin müfəttişi tərəfindən Feysbukda aparılan "sistemli monitorinq" nəticəsində tərtib edilib. Nazirliyin iddiası Razmadzenin sosial şəbəkədə yerləşdirdiyi videonun altında yazdığı təhqiramiz şərhə aiddir.

Mübahisənin səbəbi: Rusiyalı təbliğatçıların ünvanına yazılan şərh

İş materiallarına əsasən, mübahisə Tornike Razmadzenin rusiyalı təbliğatçılar — Marqarita Simonyan və Vladimir Solovyovun ünvanına yazdığı şərhdən qaynaqlanır. Bloger iyun ayında dərc etdiyi videoda Simonyanın II İrakli haqqında təhqiramiz bəyanatını İrakli Kobaxidzenin qiymətləndirmələri ilə müqayisə edərək işğalçı ölkə ilə hər növ əməkdaşlığın düşmənçilik olduğunu qeyd edib. Razmadze özü bildirir ki, nazirlik onu məhz Kreml təbliğatçılarını sövdüyünə görə cəzalandırmaq istəyir.

Yeni idarə və sosial şəbəkələrdə gücləndirilmiş nəzarət

DİN-də "Nifrət Nitqinə Qarşı Mübarizə İdarəsi" 2026-cı il iyunun 1-dən fəaliyyətə başlayıb və onun əsas vəzifəsi ictimai məkanlarda yayılan bəyanatların monitorinqidir. Mülki sektor bu yeni strukturu tənqid edərək onu "skrol və skrinşot agentliyi" adlandırır. Hüquq müdafiəçiləri hesab edirlər ki, sərtləşdirilmiş qanunvericilik normaları və bu cür təcrübələr ölkədə söz və toplaşmaq azadlığını birbaşa məhdudlaşdırır.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google