Milli Qida Agentliyi ölkə üzrə qanunsuz və qeydiyyatdan keçməyən
müəssisələrin aşkarlanmasını davam etdirir.
Agentliyin Acarıstan Departamentinin müfəttişləri Kobuleti
bələdiyyəsində ictimai iaşə obyektlərini yoxlayıblar.
Planlaşdırılmamış yoxlama nəticəsində fərdi sahibkarlar – Kobuleti,
Rustaveli II döngə, 13 ünvanında fəaliyyət göstərən N. M.-nin və
Kobuleti, Azadlıq küçəsi 26 ünvanında fəaliyyət göstərən A. N.-nin
yeməkxanalarında, həmçinin Kobuleti, Abaşidze küçəsi 376b ünvanında
yerləşən
M. G.-nin kafe-barında kritik uyğunsuzluqlar
aşkarlanıb.
Obyektlərdə, həmçinin etiketləmə qaydalarının pozulması və İqtisadi
Fəaliyyətlər Reyestrində qeydiyyatın olmaması müəyyən edilib.
Biznes operatorları cərimələnib və onların istehsal prosesi
dayandırılıb.
Kritik uyğunsuzluqlar Agentliyin İmereti Departamentinin
müfəttişləri tərəfindən də aşkarlanıb. Kutaisidə, Tamar Mepe küçəsi
7 ünvanında “Baraqa” adı ilə fəaliyyət göstərən “Kozi 1994” MMC
(VÖEN 412797308) təkrar kritik uyğunsuzluqlara görə 5 000 lari
məbləğində cərimələnib və konkret istehsal prosesi
dayandırılıb.
Şida Kartli Departamentinin müfəttişləri yarımfabrikatların
qanunsuz istehsalı ilə məşğul olan müəssisə də aşkarlayıblar. Kaspi
şəhəri, Kojri küçəsi 24a ünvanında yerləşən “Leçe” MMC (VÖEN
432543740) yarımfabrikatları İqtisadi Fəaliyyətlər Reyestrində
qeydiyyatdan keçmədən istehsal edib.
Bununla yanaşı, biznes operatorunda etiketləmə qaydalarının
pozulması və kritik uyğunsuzluqlar müəyyən edilib. Sözügedən qanun
pozuntularına görə “Leçe” MMC cərimələnib və istehsal prosesi
dayandırılıb.
Milli Qida Agentliyinin açıqlamasına görə, istehlak bazarının
təhlükəsiz qida ilə təmin olunması üçün biznes operatorunun
qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçməsi vacibdir. Çünki
qanunsuz və qeydiyyatdan keçməyən müəssisələrdə dövlət nəzarətinin
həyata keçirilməsi mümkün deyil.
Agentliyin izahına görə, belə müəssisələrdə qida təhlükəsizliyi
standartlarına əməl olunmasını təmin etmək mümkün olmur. Bu isə həm
biznes operatorlarının ailə üzvlərinin, həm də digər
istehlakçıların sağlamlığı üçün təhlükə yaradır.
Milli Qida Agentliyi istehlakçıların sağlamlığının qorunması
məqsədilə ölkə üzrə qeydiyyatdan keçməyən müəssisələrin
aşkarlanmasını və onlara dövlət nəzarətinin həyata keçirilməsini
davam etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.