2026-cı ilin 6 ayı ərzində Kvemo Kartlidə 1 982 uşaq doğulub

2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda diri doğulanların sayı 17 509 nəfər təşkil edib.



Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ilin birinci yarısında ölkədə diri doğulan uşaqların sayı 17 719 olub.

Bununla yanaşı, Sakstat-ın məlumatına əsasən, bu ilin ilk altı ayında 22 224 nəfər dünyasını dəyişib;
keçən ilin eyni dövründə isə bu göstərici 22 718 nəfər təşkil edib.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci yarısında təbii artım (diri doğulanlar və ölənlər arasındakı fərq) -4 715 nəfər olaraq müəyyən edilib. Təbii artımın müsbət göstəricisi yalnız Tbilisi (424) və Acarıstan Muxtar Respublikasında (330) qeydə alınıb.

2026-cı ilin ilk 6 ayında 10 006 nikah və 6 095 boşanma faktı qeydə alınıb.

Statistika idarəsinin bildirdiyinə görə, əhalinin sayından asılı olaraq bu il ən çox uşaq Tbilisidə, ən az isə Raça-Leçxumi və Kvemo Svanetidə dünyaya gəlib.

"Biznespressnews"un təqdim etdiyi məlumata əsasən, 2026-cı ilin yanvar-iyun dövründə regionlar üzrə doğulan uşaqların sayı:

  • Tbilisi – 6 889
  • Acarıstan – 2 061
  • İmereti – 1 985
  • Kvemo Kartli – 1 982
  • Kaxeti – 1 165
  • Sameqrelo və Zemo Svaneti – 1 043
  • Şida Kartli – 992
  • Samtsxeli-Cavaxeti – 621
  • Quriya – 352
  • Mtsxeta-Mtianeti – 343
  • Raça-Leçxumi və Kvemo Svaneti – 76

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

 

Print Email
FaceBook Twitter Google