İşğal olunmuş Abxaziyada oktyabrın 12-dən 16-dək operativ-taktiki
hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
Təlimlərin planını qondarma prezident Badra Qunba təsdiqləyib, onun
mətbuat xidməti məlumat yayıb. Təşkilati məsələləri Qunba de-fakto
müdafiə naziri Beslan Tsvijba və Baş Qərargah rəisi Vladimir
Savçenko ilə müzakirə edib.
“Genişmiqyaslı təlimlərdə” qondarma silahlı qüvvələrin daimi
hazırlıq bölmələri və ehtiyatda olan hərbçilər, həmçinin Rusiya
Silahlı Qüvvələrinin
hərbi qulluqçuları iştirak edəcəklər.
Təlimlərə artilleriya, zirehli texnika və aviasiya cəlb olunacaq;
“döyüş əməliyyatları zamanı hərbi qruplaşmaların idarə edilməsi və
qoşunlardan istifadə edilməsinin müxtəlif üsullarının işlənib
hazırlanması” planlaşdırılır.
“Yüksək texnologiyalı silahların, idarəetmə
sistemlərinin və radioelektron mübarizə vasitələrinin tətbiqinə
xüsusi diqqət yetiriləcək”, – mətbuat xidməti
bildirir.
İşğal olunmuş Abxaziyada hərbi təlimlər 2025-ci ilin oktyabrında da
keçirilib.
- 2026-cı ildə işğal olunmuş Abxaziya ərazisində
dəfələrlə dronlar qeydə alınıb. Onların, ehtimal ki, Ukraynaya
məxsus olduğu və hədəfinin Rusiyanın cənub regionlarında yerləşən
obyektlər olduğu bildirilir. Dronların bir qismi düşüb, yaxud
vurulub. Dron təhlükəsi səbəbindən Psou qondarma keçid məntəqəsinin
fəaliyyəti də məhdudlaşdırılıb.
- Bundan əvvəl Abxaziyada bir sıra ekspertlər, müharibə
veteranları və müxalifət nümayəndələri de-fakto silahlı qüvvələrin
imkanlarını tənqid edir və qondarma hakimiyyəti, o cümlədən
maliyyələşmənin artırılması yolu ilə ordunu gücləndirməyə
çağırırdılar.
- Gürcüstan və ölkənin beynəlxalq tərəfdaşları Abxaziya
və Tsxinvali regionunu/Cənubi Osetiyanı Rusiya Federasiyası
tərəfindən işğal olunmuş ərazilər hesab edirlər. Bu qondarma
dövlətlərin müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela və
Suriya tanıyır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.