Partsxaladzе: Qərb gürcülərə Rusiyaya qarşı nifrət aşılaya bilməyəcək
„Gürcüstan əhalisinin düşüncəli hissəsi Qərbin Rusiyaya qarşı nifrəti qızışdırmaq cəhdinə uymadı və hər zaman Rusiyanın və tarixi həqiqətin tərəfində olacaq“, — bu barədə Rusiyanın dövlət agentliyi TASS-a Gürcüstanın keçmiş baş prokuroru və Rusiyada fəaliyyət göstərən „Qeorqiyevski“ könüllü dəstəsinin komandiri Otar Romanov-Partsxaladze bildirib.

„Rusiya Gürcüstanın ən ağır dövrlərində, ölkənin dövlətçiliyinin qorunub saxlanmasının gündəmdə olduğu vaxtlarda həmişə onun yanında
olub. Bu gün Qərbin kuratorları gürcülərə Rusiyaya qarşı nifrət aşılamağa nə qədər çalışsalar da, sağlam düşüncəli insanlar — Gürcüstanda belə insanlar çoxdur — hər zaman tarixi həqiqətin tərəfində olacaqlar, Qərbin yaratdığı yalan narrativlərin deyil“,
— Partsxaladze bildirib.

Rusiya mediası yazır ki, Romanov-Partsxaladze Ukraynada müharibədə Rusiyanın tərəfində iştirak etmək qərarını öz istəyi ilə verib. Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri o, komandası ilə birlikdə Rusiya hərbçilərinə və mülki əhaliyə fəal şəkildə yardım edir.

Bundan əvvəl Romanov-Partsxaladze TASS-a Rusiyada „Qeorqiyevski“ beynəlxalq dəstəsinin yaradıldığını bildirmişdi. Dəstə komandirinin sözlərinə görə, dəstənin adı 1783-cü il Qeorqiyevsk traktatı ilə bağlıdır. Onun qiymətləndirməsinə görə, bu traktat gürcü xalqının tarixində mühüm rol oynayıb.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Gürcüstan Daxili İşlər Nazirliyi onu Levan Canqvelaşvilinin qətlinin təşkilatçısı kimi göstərib və bundan sonra onun barəsində axtarış elan edilib. 2026-cı ilin fevralında məhkəmə bu iş üzrə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib.

Bundan əlavə, ona qondarma „çağrı-mərkəzləri“ işi üzrə də ittiham irəli sürülüb və bu iş üzrə də barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Hazırda Partsxaladze Rusiyada yaşayır və Rusiya vətəndaşıdır. Buna görə də onun Gürcüstana ekstradisiyası məsələsi çətinləşib.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google