Neftin qiyməti son dörd ayın ən yüksək həddinə çatıb
Sentyabrın 11-də neftin qiyməti son dörd ayın ən yüksək həddinə çatıb. Buna dünyanın əsas enerji daşıma marşrutlarından ikisinə təhdidlərin artması, tədarükün uzunmüddətli pozulacağı, inflyasiyanın yenidən güclənəcəyi ilə bağlı narahatlıqlar səbəb olub.

"Brent" markalı neft bir gün əvvəl 6 faizdən çox bahalanmışdı. Bu gün isə bir barelinin qiyməti 109 dollar 97 sentə çatıb, daha sonra ucuzlaşıb. Etalon
neftin həftəlik qiymət artımının təxminən 11 faiz olacağı gözlənilir.

Bu arada ABŞ və İran arasında qarşılıqlı zərbələr davam edir, Hörmüz boğazından neft daşınması məhdud olaraq qalır. İranın dəstəklədiyi husi üsyançılarının Yəmənin Qırmızı dəniz sahilindəki Moxa limanını ələ keçirməsi isə Babül-Məndəb boğazından gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Neftin bahalaşması dünya bazarlarında inflyasiya ilə bağlı narahatlıqları gücləndirib. İnvestorların faiz dərəcələrinin yenidən artırılacağına dair gözləntiləri yüksəlib, bu isə dövlət istiqrazlarının gəlirliliyini kəskin artırıb.

"JPMorgan"ın analitikləri inkişaf etmiş ölkələrin doqquz mərkəzi bankından səkkizinin ilin sonunadək faiz dərəcələrini artıracağını gözləyirlər. Pul siyasətini müəyyənləşdirən qurumlar davamlı inflyasiya və xammalın bahalanması ilə mübarizə aparırlar.

+++

Bu həftə Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının bir neçə şəhərinə zərbələr endirib. Bununla ABŞ-nin müttəfiqi olan Səudiyyə Ərəbistanı münaqişəyə daha çox cəlb olunub.

ABŞ qüvvələri İranın bir neçə neft tankerini vurub, İran isə İordaniyadakı ABŞ bazasını hədəfə alıb.

Analitiklərə görə, Səudiyyə Ərəbistanı neft ixracının bir hissəsini Hörmüz boğazından kənar marşrutlara yönəltsə də, krallığa davamlı hücumlar xam neftin dünya bazarlarına fasiləsiz çatdırılması səylərini çətinləşdirə bilər.

"İranın Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumları və bunun ardınca İranın beş tankerinin məhv edilməsi neft təchizatında növbəti uzunmüddətli fasilənin yaranacağı ilə bağlı narahatlıqları artırıb", – OCBC analitikləri bildiriblər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google