Yeni Dehlidə BRICS sammiti keçirilir. Pezeşkian da gedib
İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də BRICS ölkələri sammitində iştirak üçün Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Yaxın Şərqdə şiddətlənən münaqişənin sammitin əsas mövzularından biri olacağı gözlənilir.

BRICS inkişaf edən böyük iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələri birləşdirir, adını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin baş hərflərindən götürüb. 2024-cü və 2025-ci illərdə Misir, Efiopiya, İndoneziya,
İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşulması ilə üzvlərinin sayı 5-dən 11-ə çatıb.

İRNA dövlət xəbər agentliyinin məlumatına görə, Pezeşkian 2024-cü ildə bu vəzifəyə başlayandan Hindistana ilk səfərini edir. Onun ölkənin baş naziri Narendra Modi ilə danışıqlar aparması planlaşdırılır.

BRICS liderlərinin ikigünlük sammiti sentyabrın 12-də başlayacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

2024-cü ildə BRICS-ə qoşulan İran münaqişədə tərəfdir. BƏƏ isə İranın raket hücumlarına məruz qalıb və Tehrana qarşı tədbirlər görüb.

BƏƏ hücumlardan sonra avqustda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Sammitdə bu ölkəni Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın təmsil edəcəyi gözlənilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.
Print Email
FaceBook Twitter Google