Bu gün ABŞ-də 2001-ci il sentyabrın 11-də törədilmiş terror
aktlarının 25-ci ildönümüdür.
Həmin gün "əl-Qaidə" terror təşkilatının üzvlərinin qaçırdığı
sərnişin təyyarələri Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki
qülləsinə çırpılıb, qüllələr dağılıb.
Pentaqonun binasına daha bir təyyarə çırpılıb.
Dördüncü təyyarədəki sərnişinlər idarəetməni geri almağa cəhd edib,
bundan sonra təyyarə qaçıranlar onu yerə yönəldiblər. Təyyarə
Pensilvaniya ştatında qəzaya uğrayıb.
Terror aktları nəticəsində 3
minə yaxın insan həlak olub.
11 Sentyabr hadisələrindən sonra ABŞ təhlükəsizlik sisteminə
yenidən baxıb, terrorçuluqla genişmiqyaslı mübarizəyə başlayıb. Baş
verənlərin nəticələri siyasətə, cəmiyyətə və beynəlxalq
münasibətlərə təsir göstərib.
Anım tədbirləri bir gün əvvəl başlayıb. Nyu-Yorkda qurbanların
sayına uyğun olaraq 2 min 977 dron səmada Dünya Ticarət Mərkəzinin
iki qülləsinin siluetini yaradıb.
Bu gün Nyu-Yorkdakı 11 Sentyabr memorialında mərasimə ABŞ
vitse-prezidenti Cey Di Vens, keçmiş prezidentlər – 25 il əvvəl
dövlət başçısı olmuş kiçik Corc Buş, həmçinin Bill Klinton, Barak
Obama və Co Baydenin qatılacağı gözlənilir.
Mərasimdə həlak olanların yaxınları onların adlarını
oxuyacaqlar.
Pentaqonun binasının divarından nəhəng ABŞ bayrağı asılacaq.
Anım mərasimində ABŞ prezidenti Donald Tramp, müdafiə naziri Pit
Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den
Keyn iştirak edəcəklər.
Pensilvaniyada 93 saylı reysin qəzaya uğradığı yerdə də anım
mərasimi keçiriləcək.
D.Tramp faciənin ildönümü ilə bağlı bəyanatında bildirib ki, ölkə
suverenliyini, dəyərlərini müdafiə etməlidir:
"Dəyərli
həyat tərzimizi bizi məhv etməyə çalışan hər kəsdən
qorumalıyıq".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.