İranın İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi bazaya raket
zərbələri nəticəsində bir neçə
Amerika hərbi təyyarəsinin zədələndiyi xəbərləri yayılıb.
İordaniya bildirib ki, İran sentyabrın 9-da Müvəffəq əs-Səlti
aviabazasına 20 ballistik raket atıb və onlardan 18-i vurulub.
Tehran hücumun ABŞ ordusunun bundan əvvəl beş İran tankerini məhv
etməsinə cavab olduğunu bildirib.
ABŞ-nin "CBS News" telekanalı məsələdən məlumatlı mənbələrə
istinadla
xəbər verib ki, A-10 "Thunderbolt" təyyarəsi zərbəyə
məruz qalıb və bir qanadını itirib.
Bundan əlavə, səkkizə yaxın F-15 qırıcısına yüngül ziyan dəyib.
"CBS News"un məlumatına görə, həmin təyyarələr yenidən istismara
qaytarılıb.
"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmisinə istinadla eyni
ziyan barədə yazıb.
İordaniyaya zərbələrin itkiyə səbəb olmadığı bildirilir.
Konqresin Araşdırmalar Xidmətinin mayda yaydığı hesabatda deyilirdi
ki, fevralda İranla müharibə başlayandan bəri ABŞ-yə məxsus 42
hərbi təyyarə məhv edilib və ya zədələnib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.