Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri
paytaxtda ictimai iaşə obyektlərini yoxlayıblar.
Planlaşdırılmamış yoxlama nəticəsində kritik uyğunsuzluqlar,
həmçinin etiketləmə və izlənmə qaydalarının pozulması
aşkarlanıb.
Qanun pozuntularına görə obyektlərin istehsal prosesi dayandırılıb,
biznes operatorları isə cərimələnib.
Tbilisidə Abaşidze küçəsi 36 ünvanında yerləşən “Betuli” MMC-də
(VÖEN 404727246) dövlət nəzarəti zamanı biznes operatorunun
İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədiyi müəyyən
edilib. Həmçinin etiketləmə
və izlənmə qaydalarının pozulması,
eləcə də kritik uyğunsuzluq aşkarlanıb. “Betuli” MMC cərimələnib və
fəaliyyəti dayandırılıb.
İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatın olmaması, kritik
uyğunsuzluq və etiketləmə qaydalarının pozulmasına görə 26 May
meydanında yerləşən “Fudaholik” MMC (VÖEN 436059113) də cərimələnib
və fəaliyyəti dayandırılıb.
Planlaşdırılmamış yoxlama nəticəsində kritik uyğunsuzluqlar
aşkarlanıb və aşağıdakı obyektlərin istehsal prosesi
dayandırılıb:
- Fərdi sahibkar U. M.-nin Şaurma obyekti – Ketevan
Dedoflis prospekti 65 ünvanı;
- “Erməni həyəti” MMC (VÖEN 404809132) – Vaja-Pşavela
küçəsi 7a ünvanı;
- “Evroziya İts Brazers” MMC (VÖEN 402369405) – David
Abaşidze prospekti 112 ünvanı;
- “İndur Zayka” MMC (VÖEN 406541470) – Axmeteli küçəsi 14
ünvanı;
- fərdi sahibkar H. S.-nin obyekti – Giuli Çoxonelidze
küçəsi 16 ünvanı;
- “Nyü Karipot” MMC (VÖEN 400456396) – Ketevan Dedoflis
prospekti 47/49 ünvanı;
- “Arkey Restoran 02” MMC (VÖEN 405554684) – Vaja-Pşavela
prospekti 6 ünvanı;
- “Royal Kitçen İsan” MMC (VÖEN 405794868) – Atsxuri
küçəsi 76 ünvanı;
- “Elakka” MMC (VÖEN 406499294) – Atsxuri küçəsi 19a
ünvanı;
- “Mauj Ekspress” MMC (VÖEN 405869074) – Lyublinana
küçəsi 19a ünvanı;
- “Restoran Seul” MMC (VÖEN 405185428) – Budapeşt küçəsi
7 ünvanı.
Təkrar kritik uyğunsuzluqlar və etiketləmə qaydalarının pozulmasına
görə Pekin küçəsi 31b ünvanında fəaliyyət göstərən fərdi sahibkar
İ. Ş. və “Yomi 1977” MMC (VÖEN 404747716, Qamrekeli küçəsi 3
ünvanı) ayrı-ayrılıqda 5 000 lari məbləğində cərimələniblər.
Milli Qida Agentliyi istehlakçıların sağlamlığının qorunması
məqsədilə ölkə üzrə ictimai iaşə obyektlərində yoxlamaları davam
etdirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.