ABŞ rəsmiləri "Citibank"dan Belarus hökumətinin dondurulmuş
pullarını qaytarmağı xahiş ediblər.
Bu barədə Donald Trampın xüsusi elçisi Con Koul Minskdə Aleksandr
Lukaşenko ilə görüşündə bildirib. Onların söhbətinin açıq
hissəsinin videosu Lukaşenko administrasiyasına yaxın olan "Pul
Pervoqo" Telegram-kanalında yayımlanıb.
"Bu pulların üzərindəki qadağa götürülməli və geri qaytarılmalıdır.
Biz artıq banka həmin vəsaitlərin qaytarılması üçün müraciət
etmişik. Hazırda bunun hansı yolla ediləcəyi üzərində işləyirik.
Bankdan konkret cavab alan kimi sizə dərhal məlumat
verəcəyik", – diplomat bildirib.
Lukaşenko cavabında bildirib ki, Belarus rəhbərliyi ABŞ ilə
istənilən məsələnin müzakirəsinə açıqdır, amma bunun üçün tərəflər
"əldə olunmuş razılaşmalara qeyd-şərtsiz əməl etməlidirlər".
Sentyabrın 11-də Lukaşenko bəyan edib ki, "Citibank"da Belarusa
məxsus 43 və ya 44 milyon dollar "batıb qalıb".
"Varlı
Amerikanın əlində ilişib qalıb. Zəhmət olmasa, bu pulları bizə
qaytarın. Pulları geri verin! Bu, ABŞ üçün rüsvayçılıqdır. Ondan
sonra sizinlə daha ciddi məsələlər barədə danışarıq",
– o deyib.
C.Koul ilə görüşdə siyasi məhbusların buraxılmasının danışılacağı
gözlənilirdi. Lakin Lukaşenko sentyabrın 15-də bildirib ki, ölkə
qanunlarında belə bir maddə yoxdur, ona görə də
"Belarusda heç bir siyasi məhbus
yoxdur".
"Bizdən qaçıb Qərbə gedənlər bu söhbəti bərk
şişirdirlər. Məndə olan məlumata görə, deyəsən, sizi də buna
inandırıblar: guya biz kimisə buraxırıq, amma dərhal yerinə iki qat
daha çox adam həbs edirik. Sizə açıq deyirəm, bu, tamamilə
yalandır. Bizim buraxılan adamların yerinə həbsxanalara yenilərini
doldurmaq kimi bir məqsədimiz yoxdur. Bizim belə bir dərdimiz
yoxdur", – Lukaşenko əlavə edib.
"Pul Pervoqo" Telegram kanalı Koul və Lukaşenko arasındakı
danışıqların üç saat davam etdiyini bildirir. Belaruslu siyasi
məhbusların yeni qrupunun azad olunması ilə bağlı hər hansı konkret
qərarın qəbul edilib-edilmədiyi hazırda məlum deyil.
Xatırlatma
Koulun Belarus rəhbərliyi ilə əvvəlki görüşləri sayəsində yüzlərlə
siyasi məhbus azadlığa buraxılıb. Bunun əvəzində isə ABŞ Belarusa
tətbiq etdiyi bəzi sanksiyaları yumşaldıb. Avqustun sonlarında
C.Koul daha iki-üç yüz siyasi məhbusu həbsdən çıxarmaq üçün yenidən
Belarusa getməyə hazırlaşdığını demişdi.
Koulun sözlərinə görə, o, müxalifətçilərlə razılaşıb ki, Belarus
rəhbərliyini tənqid edərkən daha ehtiyatlı olsunlar, çünki
"orada hələ 800-900 nəfər qalıb və əgər Lukaşenkonu bərk
qəzəbləndirsəniz, hər şey pozular".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.