Rusiyanın iki yüksəkvəzifəli diplomatı bu ölkənin hərbçilərinin
Ermənistanda qalmasının onun təhlükəsizliyi üçün əvəzsiz olduğunu
bildirib.
İki həftə əvvəl isə Rusiya prezidenti Vladimir Putin qoşunlarını
Ermənistandan çıxarmağa hazır olduğunu demişdi.
"Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması ilə bağlı
Ermənistandan heç bir müraciət almamışıq. Əvvəlki kimi onun
Ermənistanın və Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının əsas
elementlərindən biri olduğunu düşünürük", – xarici
işlər
nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinin
sentyabrın 15-də dərc etdiyi müsahibəsində deyir.
"Çoxları haqlı olaraq soruşur: alternativ nədir? Fikrimizcə,
hazırda belə bir alternativ görünmür. Açığı, məsələn, Fransa
əsgərlərinin bu rolu yerinə yetirməsini təsəvvür etmək çətindir,
azından Fransa ilə Ermənistan arasındakı coğrafi məsafəyə
görə", – Qaluzin vurğulayıb.
Putin sentyabrın 1-də baş nazir Nikol Paşinyanla danışıqlardan
sonra Rusiya qoşunlarının Ermənistandan çıxarılması ehtimalından
danışıb. Həmin danışıqlarda o, Yerevanı Avropa İttifaqına üzvlüklə
Rusiyanın rəhbərlik etdiyi ticarət blokunda qalmaq arasında
tezliklə seçim etməyə çağırıb. Putin jurnalistlərə deyib ki,
Ermənistan hökuməti müraciət edərsə, Moskva Gümrüdəki bazanı "hətta
sabah" bağlamağa hazırdır.
"Ancaq Ermənistan xalqı orada Rusiyanın hər hansı
formada hərbi mövcudluğunu istəyirsə, biz qalacağıq və
işləyəcəyik", – Putin əlavə edib.
Paşinyan cavabında bildirib ki, Moskva Ermənistandakı çoxillik
hərbi mövcudluğuna son qoymaq qərarına gəlsə, administrasiyası buna
etiraz etməyəcək. O deyib ki, Rusiya bazası Ermənistan üçün həyati
əhəmiyyət daşımır.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, xarici işlər naziri
Ararat Mirzoyan sentyabrın 15-də Qaluzinin açıqlamasına münasibət
bildirərkən Paşinyanın bu fikirlərinə istinad edib, əlavə şərh
verməyib.
"Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, bunu
elan etməlidirlər. İstəmirlərsə, bu da müzakirə mövzusudur, bunu
müzakirə edəcəyik", – bunu isə parlament sədrinin
müavini Vaaqn Aleksanyan deyib.
Aleksanyan onu da bildirib ki, Rusiya qoşunları 2021 və 2022-ci
illərdə Ermənistanı Azərbaycanın hərbi təcavüzündən qorumayıb.
Ermənistan müxalifətinin bəzi liderləri Rusiya hərbçilərinin
ölkədən çıxarılması ehtimalından ciddi narahatlıq ifadə ediblər.
Onlar Rusiya bazasını Azərbaycanın ən yaxın müttəfiqi Türkiyədən
mümkün təhlükəyə qarşı vacib çəkindirici qüvvə sayırlar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.