Almaniyada Hannover yaxınlığındakı hərbi aerodromun ətrafına dron
düşüb. Dronun qalıqları sentyabrın 14-də axşam saatlarında
Aşağı Saksoniyadakı Ştaynhuder-Mer gölü ərazisində tapılıb. "Bild"
nəşri və NDR teleradio şirkətinin məlumatına görə, polis dronun
digər hissələrinin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı
aparır.
Dronun kimə məxsus olduğu bəlli deyil. Ondan hansı məqsədlə
istifadə edildiyi də hələlik müəyyənləşdirilməyib.
Hadisə yerindən bir kilometr
aralıda Almaniyanın Vunstorf hərbi
aviabazası yerləşir. Bazada Almaniya Hərbi Hava Qüvvələrinin A400M
hərbi nəqliyyat təyyarələri yerləşdirilib.
Avqustun 4-dən 5-n keçən gecə Leypsiq hava limanında tapılan dronun
Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı məlum olub.
Amma dronun təyyarənin qanadına çırpılaraq yerə düşdüyü və
detonatoru sıradan çıxdığı üçün partlamadığı bildirilir. Daha sonra
həmin ərazidə daha iki dron aşkarlanmışdı.
Almaniya hakimiyyəti hadisədə Rusiyanın əli olduğunu bildirib.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib ki, dronun
parametrləri, əvvəllər digər hibrid hücumlarda istifadə edilmiş
bəzi komponentləri araşdırıldıqdan sonra bu qənaətə gəlinib.
Sentyabrın 1-də Almaniya hakimiyyəti Berlindəki "Rus Evi"ni və
Rusiyanın ölkədəki sonuncu baş konsulluğunu bağlamaq qərarını
açıqlayıb. Moskva isə cavabında Almaniyanın Sankt-Peterburqdakı baş
konsulluğunun və Rusiyadakı Höte mədəniyyət mərkəzlərinin
fəaliyyətinə razılığını geri götürüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.