Marneuli meriyası 2026-cı ilin noyabrında Tserakvi kəndində
keçirilməsi planlaşdırılan
“Cavaxişviloba 2026” tədbirinin təşkili ilə bağlı
bazar araşdırması elan edib.
Bazar araşdırması və təqdim olunan qiymət cədvəlinə əsasən,
satınalma siyahısına XX əsrin əvvəllərinə uyğun kostyum və
rekvizitlərlə yanaşı, səhnə və infrastrukturun texniki təminatı da
daxildir. Konkret olaraq, meriya aşağıdakı məhsul və xidmətləri
almağı və ya icarəyə götürməyi planlaşdırır:
- Aktyorların kostyumları və tarixi geyimlər:
Mixeil Cavaxişvili və Lavrenti Beriyanın üslubunda geyimlər,
hərbi formalar, qolf şalvarları, çəkmələr, pensne eynəkləri, eləcə
də xalq komissarı, XX əsrin əvvəllərinə aid qadın və kişi
kostyumları, gürcü çoxaları və ənənəvi geyimlər.
- Vintaj rekvizitlər və interyer elementləri:
qədimi şüşə lampalar, seyf qutuları, vintaj külqabılar,
tribunalar, taxta stullar, çay dəstləri, rus samovarı, qrammofonlar
və köhnə fotoaparatlar üçün altlıqlar, çap maşınları və
telefonlar.
- İnfrastruktur və ərazinin bəzədilməsi:
ağaclara quraşdırılmaq üçün vintaj küçə fənərləri, möhkəm
tentlər, 3D effektli bannerlər və məhəccərlərlə “Ədəbi salon”,
12x10 metr ölçüdə səhnə örtüyü, səs avadanlığı, həmçinin Mixeil
Cavaxişvilinin avtoqrafı olan işıqlı şəkil çərçivəsi və səhnənin
arxa banneri.
- Nəqliyyat və logistika: şagirdlər və dəvət
olunmuş qonaqlar üçün Marneuli–Tserakvi–Marneuli və
Tbilisi–Tserakvi–Tbilisi istiqamətləri üzrə mikroavtobuslar,
həmçinin 1940–1950-ci illərdə Sovet İttifaqında istehsal olunmuş,
sürücüsü ilə birlikdə “Pobeda”, “Moskviç” və ya “M1” markalı
avtomobil.
- Əlavə xidmətlər: 50 nəfər üçün nəzərdə
tutulan furşet. Şərtlərə əsasən, onun dəyəri 2000 laridən çox
olmamalıdır. Bundan əlavə, tədbir iştirakçıları üçün zəruri olan
digər dekorativ elementlər də nəzərdə tutulur.
Meriyanın tələbinə əsasən, tədbir məkanının vizual quraşdırılması
və tam dekorasiyası tədbirin keçiriləcəyi gün saat 11:00-dək başa
çatdırılmalıdır.
Maraqlanan şirkətlər öz təkliflərini və qiymətlərini sənədlərdə
göstərilən qaydada oktyabrın 7-dən 10-dək təqdim edə bilərlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.