Dünən, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında
"Röyad Məmmədov" adlı xarici yük gəmisinə
dron hücumunda Azərbaycan vətəndaşı həlak olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında
bildirilir.
Nazirliyə daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan
vətəndaşı, gəminin kapitanı ölüb.
24 yaşlı daha bir Azərbaycan vətəndaşının isə itkin düşdüyü qeyd
edilir:
"Hal-hazırda, müvafiq axtarış-xilasetmə
tədbirləri həyata keçirilir. Gəmi heyətində olan digər
vətəndaşlarımız xilas edilib, onlardan üç nəfəri xəstəxanaya
yerləşdirilib".
XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyat zonalarına səfər
etməməyə və riskli marşrutlar üzrə hərəkət edən gəmilərdə
işləməkdən bir daha çəkinməyə çağırıb.
Məsələyə, hələlik, kapitanın və itkin düşdüyü bildirilən heyət
üzvünün yaxınlarından isə münasibət almaq mümkün olmayıb.
Rusiya Qara dənizdə azərbaycanlıların da olduğu Türkiyə
gəmisini vurub
Rusiyaya məxsus iki dron Türkiyənin qarğıdalı daşıyan yük gəmisinə
hücum edib. Bu barədə Volodimir Zelenski məlumat verib. Onun
sözlərinə görə, zərbə nəticəsində gəminin kapitanı həlak olub.
Göyərtədə Azərbaycan və Hindistan vətəndaşları olub.
Hadisə barədə ilk olaraq Rumıniya mediası xəbər yayıb. "Romania
Journal" nəşrinin məlumatına görə, bazar ertəsi səhər saatlarında
Qara dənizin Rumıniya şelfində, "Neptune Deep" qaz hasilatı
platformalarının yaxınlığında dronlar "Royad Mammadov" gəmisinə
hücum edib. Rumıniya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən,
iki nəfər həlak olub, heyətin 11 üzvü isə xilas edilib.
9 sentyabr
Qara dənizdə yük gəmisinə dron hücumu — İki Azərbaycan vətəndaşı
həlak olub
Qara dənizdə xarici yük gəmisi dron hücumuna məruz qalıb. İki
Azərbaycan vətəndaşı həlak olub, daha ikisi yaralanıb.
Bu barə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 10-da
yaydığı məlumatda bildirilir.
XİN-in məlumatına görə, sentyabrın 9-da Qara dənizdə heyətində
Azərbaycan vətəndaşlarının da olduğu "TEDY" adlı xarici yük gəmisi
dron hücumlarına məruz qalıb.
Əlavə edilir ki, hücum nəticəsində iki Azərbaycan vətəndaşının
həlak olduğu, daha iksinin isə xəsarət aldığı barədə məlumat daxil
olub.
"Yaralılar Ukraynanın Çernomorsk şəhər
xəstəxanasında yerləşdiriliblər", - nazirlik
bildirir.
XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi
təhlükəli bölgələrə səfər etməkdən, orada çalışmaqdan və bu
ərazilərdən keçən nəqliyyat vasitələrində işləməkdən çəkinməyə
çağırır.
Bu açıqlamaya həlak olan və yaralanan Azərbaycan vətəndaşlarının
yaxınlarından münasibət almaq mümkün olmayıb.
Rusiya zərbəsi
XİN gəminin dəqiq harada hücuma
məruz qaldığını və dronların hansı ölkəyə məxsus olduğunu
bildirməyib. Amma Rusiya Müdafiə Nazirliyinin açıqlamasından
zərbənin Odessa sahilləri yaxınlığında Rusiya dronları ilə
endirildiyi anlaşılır.
Nazirlik sentyabrın 9-da axşam saatlarında Odessa limanında
gəmiləri müşayiət edən bir yedək gəmisinin vurulduğunu bildirib.
Sentyabrın 10-da səhər isə Ukrayna Silahlı Qüvvələri üçün yük
daşıdığı iddia edilən daha iki quru yük və bir yedək gəmisinin
vurulduğunu açıqlayıb.
"ASTRA" gəmi izləmə xidmətlərinə istinadən qeyd edir ki, "TEDY"
Somali bayrağı altında üzən, təxminən 30 metr uzunluğunda dəniz
yedək-təchizat gəmisidir. Uzunluğu təxminən 30 metrdir. Onun son
mövqeyi sentyabrın 7-də Qara dənizdə, Rumıniyanın Konstansa limanı
yaxınlığında qeydə alınıb.
Xatırlatma
Bu, XİN-in müharibə bölgələrindəki
gəmilərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı yaydığı
ilk məlumat deyil. Nazirlik bu ilin iyununda bildirmişdi ki, Azov
dənizində "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları
nəticəsində heyətlərdəki 25 Azərbaycan vətəndaşından dördü həlak
olub, dördü isə yaralanıb.
İyulun 14-də isə Ukraynanın Odessa sahilləri yaxınlığında
Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" mülki
ticarət gəmisinin dron hücumuna məruz qaldığı açıqlandı. Həmin vaxt
göyərtəsində 11 Azərbaycan vətəndaşının olduğu, kapitan istisna
olmaqla, digər heyət üzvlərinin Odessada sahilə çıxarıldığı
bildirilmişdi. Sonradan azərbaycanlı gəmi kapitanının həlak olduğu
məlum olmuş və onun nəşi tapılmışdı.
Müstəqil ekspertlər deyirlər ki, təhlükəli ərazilərdə nəqliyyat
vasitələrində çalışmağın köklü səbəbləri var. Onların qənaətinə
görə, bu, həm də Azərbaycanda bir çox insanın normal dolanışığını
təmin edə bilməməsindən irəli gəlir və yaranmış vəziyyətə görə
fərdlərlə yanaşı, hökumət də məsuliyyət daşıyır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.