Yəməndə İranın dəstəklədiyi "Ənsar Allah" (husilər) hərəkatı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı beynəlxalq hava
limanına,
həmçinin neft emalı zavoduna və digər obyektlərə zərbələr
endirdiyini bildirib. Bu hücumlar Yəmən hökumət qüvvələrinin
ölkənin cənubunda husilərə qarşı əks-hücuma keçməsi xəbərləri
fonunda baş verib. Digər tərəfdən, Türkiyə və Pakistan Səudiyyə
Ərəbistanına hərbi yardım göstərilməsinə dair razılığa
gəliblər.
Ər-Riyad hava limanı fəaliyyətini bir neçə
saatlıq dayandırıb. Hər
hansı ziyan barədə məlumat verilməyib. Amma Səudiyyə Ərəbistanı
rəsmiləri husilərin digər iki hava limanına zərbələrindən üç
nəfərin yaralandığını və infrastruktura ziyan dəydiyini
açıqlayıblar.
Yəmən hökuməti husilərə qarşı uğur qazandığını
bildirir
Yəmən hökumət qüvvələri oktyabrın 5-də Babül-Məndəb boğazına
nəzarəti təmin etdiklərini bildirirlər. Səudiyyə Ərəbistanının
güclü hava dəstəyi ilə İranın dəstəklədiyi husilərlə döyüşlər davam
edir.
Yəmənin informasiya naziri Müəmmər əl-İryani "Reuters"ə bildirib
ki, hökumət qüvvələri boğazın ən dar hissəsində yerləşən Dubab
rayonu ətrafındakı mühüm mövqeləri, o cümlədən uçuş-enmə zolağını
ələ keçiriblər. Ərazidəki husi qüvvələrinin təcrid olunduğu
bildirilir.
Hökumətdəki digər bir mənbə yaxınlıqdakı hərbi bazada döyüşlərin
hələ davam etdiyini bildirib. Husilər isə hökumət qüvvələrinin
irəliləməsi barədə xəbərləri təkzib ediblər.
Digər cəbhələrdə isə husilərin Taiz şəhəri ətrafında irəliləməsi
xəbərləri gəlir. Hökumətdəki hərbi mənbələrə görə, üsyançılar rəsmi
qüvvələrin nəzarətində olan bu şəhəri faktiki mühasirəyə alıblar.
Hökumətdə başqa mənbə isə strateji yollardan birinin kəsildiyi
barədə xəbəri təkzib edib.
Husilər həmçinin xəbərdarlıq ediblər ki, Səudiyyənin hava məkanı
tezliklə "silahlı qüvvələrimizin əməliyyat meydanına
çevriləcək".
Husilər sentyabrda Qırmızı dəniz sahillərinin bir hissəsini ələ
keçirəndən sonra Yəmən hökuməti Səudiyyə Ərəbistanının geniş hava
dəstəyi ilə əks-hücuma başlayıb. Son döyüşlər nəticəsində təxminən
184 min insan didərgin düşüb. Qırmızı dəniz ilə Ədən körfəzini
birləşdirən Babül-Məndəb boğazında gəmilərin hərəkətinə də təhlükə
yaranıb.
4 oktyabr
Yəmən husilərə qarşı genişmiqyaslı əməliyyat elan edib
Yəmən prezidenti Rəşad əl-Alimi oktyabrın 4-də İranın dəstəklədiyi
husilərin nəzarətindəki bütün əraziləri geri almaq üçün
genişmiqyaslı hərbi əməliyyatın başlanıldığını bəyan edib. Xəbəri
"Reuters" yayıb.
Əl-Aliminin sözlərinə görə, hücum "ölkə terrorçu silahlıların
hakimiyyətindən azad olunanadək" davam edəcək.
Bir neçə gün əvvəl Yəməndə ümumi səfərbərlik elan olunub. SABA
dövlət xəbər agentliyi yazır ki, məqsəd "husilərin eskalasiyasını
dayandırmaq, vətəndaşları qorumaq, respublika quruluşunu və
konstitusion legitimliyi müdafiə etmək, dövlətin suverenliyini və
ərazi bütövlüyünü təmin etməkdir. "Reuters" husilərə qarşı hücuma
100 mindən çox yəmənli hərbçinin cəlb olunduğunu bildirib.
Agentliyin mənbələrinə görə, Yəmən hakimiyyəti husilərə qarşı
hücuma Səudiyyə Ərəbistanının dəstəyi ilə keçəcək. Hava
əməliyyatlarına Səudiyyə Ərəbistanı, quru əməliyyatlarına isə Yəmən
qüvvələri rəhbərlik edəcək.
Husilər ötən aydan fəallaşıblar. Onlar gözlənilmədən hücuma keçərək
qısa müddətdə strateji əhəmiyyətli Babül-Məndəb boğazını və Qırmızı
dəniz sahilinin 150 kilometrlik hissəsini ələ keçiriblər. Bu,
onlara beynəlxalq gəmiçilik marşrutlarına və Yaxın Şərq neftinin
ixracına təzyiq göstərmək üçün yeni imkan yaradıb. Tehran Hörmüz
boğazını bağladığından bu məsələ xüsusilə əhəmiyyətlidir.
Husilər 2014-cü ildən Yəmənin paytaxtı Sənaya və şimal-qərbdə
əhalinin böyük hissəsinin yaşadığı geniş ərazilərə nəzarət edirlər.
Bu illər ərzində onlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb
Əmirlikləri və onların Qərb müttəfiqlərinin çoxsaylı hücumlarına
tab gətirib, İranın köməyi ilə silahlarını modernləşdiriblər.
2022-ci ildə atəşkəs razılaşdırılıb. Fevralda İranla başlanan
müharibəyə cavab olaraq husilər bu il Səudiyyə Ərəbistanının
gəmiçilik və neft infrastrukturuna hücumlara başlayıblar və bununla
atəşkəs pozulub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.