Dmanisinin Qomareti kənd dövlət məktəbinin bərpası üzrə tender elan edilib
Dmanisi Bələdiyyəsi Qomareti kəndindəki dövlət məktəbinin reabilitasiyası üçün 217 min lariyə qədər dəyərində tender elan edib.

Dmanisi meriyası Qomareti kəndindəki dövlət məktəbinin infrastrukturunun yaxşılaşdırılması və reabilitasiyası məqsədilə elektron tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 217 331 lari təşkil edir. Layihə 100 faiz dövlət büdcəsindən maliyyələşdirilir.

Bərpa layihəsi nələri nəzərdə tutur?
Layihə-smeta sənədlərinə əsasən, işlər məktəbin bir neçə əsas hissəsini əhatə edir:

Yeni sanitar qovşaqların yaradılması: Məktəb binasının
birinci mərtəbəsində mövcud otaq tamamilə yenidən qurularaq müasir sanitar qovşaqlara çevriləcək. Layihədə şagirdlər, müəllimlər və xüsusi olaraq məhdud imkanlı şəxslər üçün ayrı-ayrı məkanların yaradılması nəzərdə tutulur.

Su təchizatı və avtonom kanalizasiya: Sanitar qovşaqları kəndin su təchizatı şəbəkəsinə qoşulacaq. Mərkəzi kanalizasiya sistemi olmadığı üçün həyətdə monolit dəmir-beton septik çən və müvafiq drenaj sistemi quraşdırılacaq.

İdman zalının dam örtüyünün dəyişdirilməsi:
Məktəbin həyətində yerləşən idman zalının zədələnmiş hamar dam örtüyü tamamilə söküləcək və onun yerində rəngli profnastil, suötürən borular və qarqoruyucu sistemlə təchiz olunmuş yeni, dördmayilli taxta konstruksiyalı dam quraşdırılacaq.

Elektrik təchizatının tam yenilənməsi:
Məktəb binasında elektrik naqilləri tamamilə dəyişdiriləcək. Yeni paylayıcı lövhələr, yanğına davamlı naqillər, avtomatik açarlar, torpaqlama konturu və enerjiyə qənaət edən LED işıqlandırıcılar quraşdırılacaq.

Tender şərtlərinə əsasən, təkliflərin qəbulu 2026-cı il oktyabrın 9-da başlayacaq və oktyabrın 12-si saat 12:00-da başa çatacaq. Qalib gələn şirkət öhdəlikləri müqavilə bağlandıqdan sonra 2026-cı il dekabrın 25-dək yekunlaşdırmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google