ABŞ qüvvələri oktyabrın 5-də Yaxın Şərqdə 130-cu ticarət gəmisinin
istiqamətini dəyişdirib.
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki,
Vaşinqtonun İrana qarşı dəniz blokadası qüvvədədir.
Məlumata görə, İran limanlarına daxil olmaq və ya oradan çıxmaq
istəyən gəmilərə qarşı blokada prezident Donald Trampın göstərişi
ilə iyulun 14-də bərpa olunub. ABŞ qüvvələri tələblərə əməl etməyən
üç gəmini dayandırıb.
CENTCOM
son 12 həftə ərzində blokadanı pozduqları və ya İslam
İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gizli şəbəkəsinə daxil
olduqları deyilən 13 ticarət gəmisini məhv edib.
"Ordu bu missiyaya daha çox fokuslanıb",
– CENTCOM-un komandanı, admiral Bred Kuper bildirib. Onun sözlərinə
görə, qüvvələr blokadanı yarmağa çalışan istənilən gəmiyə qarşı
dərhal hərəkətə keçəcək.
CENTCOM Oman körfəzi və Hörmüz boğazı yaxınlığındakı dənizçilərə
ABŞ Hərbi Dəniz Qüvvələrinin bildirişlərini izləməyi tövsiyə
edib.
ABŞ blokadanı əvvəlcə aprelin 13-dən iyunun 18-dək tətbiq edib.
Tehranla hərbi qarşıdurma müvəqqəti səngiyəndə blokada aradan
qaldırılıb. Vaşinqton iyulun 14-də - İranla döyüşlər bərpa olunanda
blokadanı yenidən tətbiq edib. ABŞ ordusu hazırda İran limanlarına
daxil olan və oradan çıxan dəniz nəqliyyatını hədəf almağa davam
edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.