“Əgər həqiqətən taun olubsa, bununla yerindəcə məşğul
olacaqlar, bu gün artıq belə problem yoxdur.
Orada da yayılmayacaq. Bizim üçün heç bir risk yoxdur” –
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor
müavini Paata İmnadze Rusiyada taun xəstəliyinin mümkün halı ilə
bağlı yayılan məlumatlara “İnterpressnyus”a açıqlamasında belə
münasibət bildirib.
İmnadzenin sözlərinə görə, “təəssüf ki, orada nə
baş verdiyi çox
qeyri-müəyyəndir”.
“Əgər həqiqətən taun olubsa, bununla yerindəcə məşğul
olacaqlar, bu gün artıq belə problem yoxdur. Orada da yayılmayacaq.
Bizim üçün heç bir risk yoxdur”, – deyə Paata İmnadze
bildirib.
Məlumat üçün bildirək ki, mediada oktyabrın 2-də Rusiyanın Şeleхov
şəhərinin rayon xəstəxanasında İrkutsk Taunla Mübarizə İnstitutunun
28 yaşlı laborantı Dariya Şipilovanın ağciyər taunu səbəbindən
öldüyü barədə məlumat yayılıb.
Onun yoluxmasının mümkün səbəblərindən biri kimi Şipilovanın
tərkibində taun törədicisi olan sınaq şüşəsini təsadüfən sındırdığı
göstərilib.
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət
üzrə Federal Xidmət (“Rospotrebnadzor”) yayılan məlumatları təkzib
edib və bildirib ki, Şipilova “müəyyən edilməmiş etiologiyalı
pnevmoniya”dan ölüb və onun orqanizmində peşə fəaliyyəti ilə
əlaqəli mikroorqanizmlər aşkar edilməyib.
Qurum həmçinin qeyd edib ki, İrkutsk Taunla Mübarizə İnstitutunda
patogenlərlə işləyərkən hər hansı qəza baş verməyib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.