Tiflisdə yolayrıcılarında "Yellow box"-ların (sarı qutu), yəni yol
torlarının şəbəkəsinin tətbiq olunması planlaşdırılır.
Tiflis meri Kaxa Kaladze Nəqliyyat və Şəhər İnkişafı Agentliyinə bu
məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə birgə işləməyi
tapşırıb.
"Yellow box" yolayrıcında nişanlanmış elə bir zonadır ki, əgər
qarşıdakı çıxış yolu azad deyilsə və avtomobilin yolayrıcında
dayanaraq digər istiqamətdən gələn hərəkəti kəsmək
riski varsa,
sürücü həmin zonaya daxil olmamalıdır.
"Yellow box" necə işləyir
Məsələn, Böyük
Britaniyanın yol hərəkəti qaydalarına əsasən, çıxış yolu və ya
zolaq azad olunana qədər sürücünün sarı şəbəkə ilə nişanlanmış
zonaya daxil olması qadağandır. İstisna hal yalnız sağa dönmə
zamanı yarana bilər – bu halda avtomobil yalnız əks istiqamətdən
gələn nəqliyyat vasitələrinə görə dayanır.
Bənzər yol nişanlanmalarından Böyük Britaniya, Honq-Konq və
Sinqapur da daxil olmaqla müxtəlif ölkələrdə istifadə olunur.
Məqsəd sıxlıq olan yolayrıcılarında avtomobillərin dayanmasının və
bir-birinin hərəkətini kəsməsinin qarşısını almaqdır.
Kaladzenin sözlərinə görə, analoji problem Tiflisdə də tez-tez
yaşanır: sürücü işıqforun yaşıl işığında yolayrıcına daxil olur,
lakin qabağa hərəkətini davam etdirə bilmir və digər istiqamətdə
hərəkət edən avtomobillərin yolunu bağlayır. Onun bildirdiyinə
görə, belə hallarla hər gün qarşılaşılır, hərəkətin kəsilməsi isə
tez-tez zəncirvari reaksiya doğurur və problem digər
yolayrıcılarına da yayılır.
"İşıqforda yaşıl işıq yandıqda belə, əgər avtomobilin
dayanacağı və hərəkətə mane olacağı ehtimalı varsa, sürücü
yolayrıcına keçməməlidir, lakin bunun inzibatçılığını aparmaq və bu
hissədə qanunun icrasını təmin etmək çətindir", –
deyə Kaladze bildirib.
Onun sözlərinə görə, Tiflisdə pik saatlarda 900 000-ə yaxın
avtomobil hərəkət edir.
"Şərti olaraq 2012-ci ilə qədər bu göstərici təxminən
180 000 şəxsi avtomobil idi, bu gün isə artıq pik saatlarda 900
000-ə yaxın avtomobil hərəkət edir ki, bu da çox böyük problem və
ciddi çağırışdır", – deyə Kaxa Kaladze qeyd edib.
Mərhələli şəkildə Meriya hələlik Tiflisin hansı yolayrıcılarında
"Yellow box"-ların təşkil oluna biləcəyini və onların tətbiqinə
neçənci tarixdən başlanacağını dəqiqləşdirməyib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.