Marneulidə 3 küçəni təmir edəcək şirkət müəyyənləşib

Marneulidə üç küçənin bərpası üzrə keçirilən tenderin qalibi müəyyənləşib.


9 Aprel, Candar və 9 Qardaş küçələrinin bərpası işlərinin satın alınması ilə bağlı tenderdə “New Group” MMC rəqabətsiz şəkildə qalib olub.

Meriyanın elan etdiyi satınalmada yeganə iştirakçı olan şirkət işləri 1 577 777 lariyə həyata keçirməyi təklif edib. Yerli özünüidarə üç küçənin bərpasını ilkin olaraq 1
639 909 lariyə planlaşdırıb. Lakin iddiaçı olmadığı üçün əvvəlki tenderlər baş tutmamış hesab edilərək ləğv olunmuşdu.

Tender sənədlərinə əsasən, layihənin məqsədi layihə ərazisində yaşayan əhalinin magistral yola və bununla da ölkənin digər regionlarına çıxışını təmin etməkdir.

Tender sənədlərində qeyd olunur:

“Gürcüstan regionlarında əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud yolların bərpası və reabilitasiyası, onların düzgün və fasiləsiz fəaliyyət göstərməsi böyük əhəmiyyət daşıyır. Bu avtomobil yolu vasitəsilə layihə ərazisində yaşayan əhalinin magistral yola və müvafiq olaraq ölkənin regionlarına çıxışı təmin edilir. Layihə yolunun reabilitasiyası – texniki parametrlərin yaxşılaşdırılması və yol örtüyünün salınması, yolların hərəkətin təhlükəsizliyinin təmin olunması üçün müasir elementlərlə təchiz edilməsi avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinə və bununla da əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə kömək edəcək.”

Şirkət işləri müqavilə imzalandıqdan sonra 180 təqvim günü ərzində başa çatdıraraq meriyaya təhvil verməlidir.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər