Sentyabrda avtomobillərin atmosferə buraxdığı tullantılarla bağlı 751 pozuntu aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit üzrə Nəzarət Departamentinin əməkdaşları 2026-cı il sentyabrın 1-dən 30-dək dörd şəhərdə avtomobillərin atmosferə buraxdığı tullantıların müəyyən edilmiş normalara uyğun gəlməməsi ilə bağlı 751 fakt aşkarlayıb.

Pozuntulardan 430-u Tbilisidə, 173-ü Kutaisidə, 87-si Batumidə, 61-i isə Rustavidə qeydə alınıb.

Hüquq pozuntularının 649-u fiziki şəxslər, 102-si isə hüquqi şəxslər tərəfindən
törədilib.

Aşkarlanmış pozuntulardan 425-i minik avtomobilləri, 306-sı mikroavtobuslar, 18-i yük avtomobilləri, 2-si isə avtobuslarla bağlı olub.

Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və nəqliyyat sektorundan çirklənmənin minimuma endirilməsi məqsədilə departamentin inspektorları ölkənin dörd şəhərində hərəkətdə olan avtomobillərin atmosferə buraxdığı tullantılara gündəlik nəzarət edir.

Qurumun məlumatına görə, nəzarətə başlanıldığı vaxtdan ekipajların sayı artırılıb, hibrid avtomobillər alınıb və ekipajlar müvafiq ölçü cihazları ilə təchiz edilib. Həmçinin əməkdaşların vaxtaşırı peşə hazırlığı keçirilir.

Departament əməkdaşları artıq avtomobilləri daha çox ərazidə yoxlamaq imkanına malikdirlər. Nəticədə nəzarət daha genişmiqyaslı və effektiv olub.

Cari ilin doqquz ayı ərzində departament əməkdaşları avtomobillərin atmosferə buraxdığı tullantıların müəyyən edilmiş normalara uyğun gəlməməsi ilə bağlı 6 856 fakt aşkarlayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google